UAFA ucqar icmalarda məktəbəqədər təhsil qrupları şəbəkəsini idarə etmək üçün yerli bağça metodistərini bu işə cəlb edir.

UAFA ucqar icmalarda məktəbəqədər təhsil qrupları şəbəkəsini idarə etmək üçün yerli bağça metodistərini bu işə cəlb edir.

Fevral 16, 2018 Uğur Hekayələri 0

Metodist bağça təhsilinin keyiyyətinə nəzarət etmək üçün Təhsil Nazirliyi tərəfindən işə götürülən şəxsdir.
2018-ci ilin yanvarında UAFA Ağsu, Şirvan, Qobustan və Siyəzəndən seçdiyi 4 metodist üçün keyfiyyətli təhsil xidmətləri üzrə əməkdaşlıq etdiyi Bakının 23 nömrəli məktəbində təhsildə uşaq-yönümlü üsullar ilə bağlı təlimlər keçirib.


Onların 5 gün boyunca nəzəri və praktik təlimlərdə iştirakı Cənubi Qafqaz Boru Kəməri şirkəti və Engin LLC-nin maliyyə dəstəyi ilə adı çəkilən regionlarda UAFA-nın təşkil edəcəyi 16 məktəbəqədər təhsil qruplarının liderilərini dəstəkləməkdə yardımçı olacaq.


Hər bir metodist əlilliyi olan və olmayan 2-6 yaş arası 20-25 uşağı əhatə edəcək 4 məktəbəqədər qrupa nəzarət etmək vəzifəsini daşıyacaq. Bu o deməkdir ki, bu il artıq 400 nəfər uşaq faydalanacaq.
UAFA-nın gələcək hədəfi odur ki, Azərbaycanın hər bir kəndində inklüziv təhsil xidmətləri mövcud olsun və nəticədə, uşaqlar təhsil həyatına uğurlu başlanğıc etsinlər.