QHT-lər və Dövlət arasındakı uğurlu əməkdaşlıq Davamlılığa aparır.

QHT-lər və Dövlət arasındakı uğurlu əməkdaşlıq Davamlılığa aparır.

Fevral 12, 2018 Uğur Hekayələri 0

UAFA-nın son 2 il ərzində təlimləndirdiyi Şəmkir və Kürdəmir rayonlarının Erkən Müdaxilə işçiləri bundan sonra dövlət xidməti təminatını inkişaf etdirmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində çalışacaqlar.

Bu böyük bir uğurdur, çünki QHT-nin inkişaf fəaliyyəti dövlət qurumları ilə əməkdaşlıq nəticəsində davamlı ola bilər.  

UAFA hər iki işçi, eləcə də Səhiyyə Nazirliyinin adı çəkilən rayonlardakı digər işçiləri üçün təlimləri və mentorluq fəaliyyətlərini davam etdirəcək.

“Azərbaycanda Erkən Müdaxilə Xidmətlərinin Yaradılması” layihəsi 2016-cı ildən bəri Cənubi Qafqaz Boru kəməri şirkətinin maliyyə dəstəyi ilə icra olunur. Məqsəd 0-6 yaş arası uşaqlar arasında əlilliyin erkən müəyyənləşdirilməsi və erkən müdaxilə vasitəsilə mümkün inkişaf ləngiməsinin qarşısını almaqdır.

Bu günə qədər 1000-dən çox uşaq və ailə bu xidmətlərdən (konsultasiya, reabilitasiya, evə səfər) bəhrələnib.