Nurlan Əhmədov

Nurlan Əhmədov

Dekabr 13, 2017 Uğur Hekayələri 0

15 yaşlı Nurlan Əhmədov görmə  problemlidir, aşağı gəlirli ailədə yaşayır. O, 2 yaşından etibarən UAFA Yasamal İƏR mərkəzinin xidmətlərindən faydalanır. Nurlan çox gözəl səsi olan istedadlı oğlandır, o,  həmçinin bir çox azəri musiqi alətlərində ifa etməyi bacarır. UAFA Yasamal İƏR mərkəzi tərəfindən təşkil edilən bir sıra tədbirlərdəki ifasından sonra Nurlanın bacarığı tez bir zamanda kəşf edildi. O, Moskvada III Beynəlxalq Xeyriyyə Festivalında (“Belaya Trost”) məşhur müğənni və bəstəkar Emin Ağalarovla duet oxumaq imkanı qazanıb. 

Nurlanın arzusu peşəkar musiqi ilə məşğul olmaq üçün professional akkordeon almaq idi. Ancaq qiyməti 3000 dollar olduğuna görə ailənin bunu almağa gücü çatmırdı. Anası Nurlanın fəal şəkildə iştirak etdiyi UAFA Yasamal İƏR mərkəzi tərəfindən təşkil olunan Novruz Festivalında UAFA  nümayəndəsinə yaxınlaşaraq Nurlanın akkordeonla bağlı arzusunu dilə gətirmişdi. O vaxt anası professional akkordeona ümid etmirdi, ancaq sadə birini alacağını düşünürdü, o, inana bilməzdi ki, arzusu tezliklə reallaşacaq. UAFA -nın  vəsait toplayaraq göstərdiyi dəstəklə Nurlan qısa zamanda yeni professional akkordeon aldı. Arzusunun  nəhayət ki, reallaşdığına inanmayan Nurlan musiqi mağazasında bir saat akkordeonu qucaqlayaraq oturmuşdu.   

İndi Nurlan öz musiqi bacarıqlarını inkişaf etdirə və peşəkar musiqiçi olmaq üçün istədiyi qədər məşq edə bilir.O, bir sıra böyük tədbirlərdə ifa edə və ailəsinə dəstək vermək üçün pul qazana bilir. 

UAFA-nın (Azərbaycana Birgə Yardım) Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzinin xidmətlərindən yararlanan görmə  problemli Nurlan Əhmədov Moskvada III Beynəlxalq Xeyriyyə Festivalında (“Belaya Trost”) məşhur müğənni və bəstəkar Emin Ağalarovla duet oxudu.