İmişliyə səfər

İmişliyə səfər

Fevral 26, 2018 Uğur Hekayələri 0

2018-ci ilin fevral ayı #UAFA-nın Azərbaycandakı fəaliyyətlərinin 20-ci ildönümüdür. Biz fəxrlə aşağıdakı uğur hekayəsini sizinlə bölüşürük: “MOBİL XİDMƏT ŞƏBƏKƏSİ” təcrid olunmuş uşaqları əhatə edir.

Hər hansı bir xidmətdən kənarda yaşayan sağlamlıq problemləri və əlilliyi olan çoxlu sayda uşaq var. UAFA-nın məqsədi mümkün qədər çox uşağı əhatə etmək və bu uşaqları tapmaq üçün bir sıra əməkdaşlarla birgə çalışmaqdır.

2018-ci ilin yanvar ayında Heydar Aliyev Foundation-un Regional İnkişaf – RİİB 10 yaşlı spina bifida (onurğa sütununun parçalanması və bu nahiyədə yırtığın qabarması ilə xarakterizə olunur) diaqnozlu uşaqla bağlı UAFA ilə əlaqə saxladı. Uşaq və onun ailəsi İmişlidə yaşayır və rayonda yardım etmək üçün heç bir mütəxəssis tapa bilməyib.
UAFA-nın sosial işçilərindən biri İmişliyə səfər etdi və uşağı qiymətləndirdi.

▪Onun əlil arabasına və yaşıdlarıyla əlaqə qurmaq üçün kompyuterə  ehtiyacı var.
▪O, ibitadi məktəbə getmədiyinə görə SOSİAL İŞÇİ bu məsələni qaldırmaq üçün yerli təhsil şöbəsi ilə əlaqə saxladı.
▪Uşağın ehtiyaclarını öyrənmək qədər onun anasını dinləmək və onunla danışmağa da vaxt ayırmaq çox vacib idi.
▪Anasına uşağına necə kömək etməklə bağlı məlumatlanmaq üçün rəhbərlik kitabı verildi.
▪Uşaq əlil arabasını əldə edəcək və sosial işçi ailəyə dəstək olmaq üçün bu məsələni diqqətdə saxlayacaq.

Bu nümunə göstərir ki, rayonlarda çalışan digər təşkilatlarla əməkdaşlığın vacibliyi kimi əlillik, yoxsulluq və əlverişsiz yerləşmə səbəbindən təcrid olunmuş uşaqlar və ailələr üçün “MOBİL XİDMƏT ŞƏBƏKƏSİ” də əhəmiyyətli sayıla bilər.