Firuzə Salmanova

Firuzə Salmanova

Aprel 23, 2018 Uğur Hekayələri 0

Mən möcüzələrə inanan 15 yaşlı Firuzəyəm.  Musiqini, aktyorluğu və deyərdim ki, incəsənətin bütün sahələrini  çox sevirəm və uşaqlıqdan bəri ən böyük arzum məhz tamaşalarda iştirak edib, öz bacarığımı göstərmək olub. İstəyimin nə qədər güclü olmasına baxmayaraq, düşünürdüm ki, heç vaxt bacara bilmərəm.

2017-ci ilin aprel ayında Gəncə İƏR Mərkəzinə müraciət etdim və mərkəzin mütəxəssisləri tərəfindən konsultasiya edildim. Mütəxəssislərin məsləhətinə uyğun olaraq mən Gəncə İƏRM-də müalicəvi idman məşğələlərinə yönləndirildim. Eyni zamanda mərkəzdə könüllülük əsasında “Xalq yaradıcılığı” dərnəyinin də fəaliyyət göstərdiyi haqda öyrəndim. Bu xəbər mənim üçün çox sevincli oldu və özlüyümdə qərara gəldim ki, mütləq bu dərnəkdə iştirak edəcəm. Axı bu mənim üçün arzumu həyata keçirtməkdə çox gözəl imkan olacaqdı. Düşünmədən “Xalq yaradıcılığı” dərnəyinə yazıldım. Dərnəyin digər üzvləri kimi mən də hər məşğələdə böyük həvəslə iştirak edirdim. Dərnəkdə müxtəlif diaqnozlu, həmçinin eşitmə problemli uşaqlar da iştirak edirdi. Həmin uşaqlar ilə ünsiyyət mənim diqqətimi çəkdi. Məhz bu səbəbdən də eşitmə problemli insanlar üçün jestləri öyrənməyi qarşıma məqsəd qoydum.

UAFA təşkilatından bir benifisiar olaraq bəhrələnməyim, buradan öyrəndiklərim mənə gələcəkdə peşə seçimində və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmə istəyimin yaranmasında bir təkan oldu. Arzum məhz eşitmə problemli uşaqlar ilə jest dilindən istifadə etməklə musiqili tamaşanı səhnələşdirməkdir.

UAFA təşkilatına sosiallaşmamda,cəmiyyətə düzgün inteqrasiya etməkdə və yeni peşə qazanmaqda göstərmiş olduğu mənəvi dəstəyə görə hər zaman minnətdar olacam.