Babacanov qardaşları

Babacanov qardaşları

Dekabr 13, 2017 Uğur Hekayələri 0
“Bütün bəhanələri bir kənara qoy və yadda saxla: Sən bacararsan”.

İdman  bir çox ölkələrdə sağlamlıq imkanları məhdud olan insanların ruhlandırılmasına xidmət etmək üçün geniş şəkildə istifadə olunur. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı idman həvəskarı olan bu insanlara fəal şəkildə dəstək olur. “Bakcell”in dəstəyi ilə UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün   idman dərsləri təşkil  olunur. Bu uşaqların bəziləri hal hazırda fəal şəkildə peşəkar idmanla məşğuldurlar və idman yarışlarında bir sıra müvəffəqiyyətlər əldə ediblər. 

“UAFA mənim həyatımı dəyişdi. Bu sadəcə boş söz deyil. Real həyat hekayəsidir.” – Bu sözləri Nurlan 2003-cü ildə öz həyatına nəzər salaraq  söyləmişdi. İndi onun dostları, həyati məqsədləri və özünə inamı var. Onun ən böyük arzusu Azərbaycanı Paralimpiya Oyunlarında təmsil etmək və  Paralimpiya çempionu olmaqdır.  

UAFA-nın Bakcell layihəsinə qoşulduqdan sonra idman yarışlarındakı uğurları haqqında danışarkən, Əli demişdi: “İnsanların mənə qarşı rəftarı tamamən dəyişdi. Həyat birdən daha gözəl olmağa başladı.”

Əli və Nurlan Babacanov qardaşlarının hər ikisinə serebral iflic diaqnozu qoyulub. Son zamanlara qədər onlar ən yaxşıların olduğu çempionatda tipik idmançılarla birgə yarışan və ola bilsin ki, vaxtlarının çoxunu məhdudiyyətlərinin gətirdiyi əngəllərə görə evdə heç bir şey etməyərək keçirən sağlamlıq imkanları məhdud yeganə gənc idilər. Onlar  depresiyada idilər və ruhdan düşmüşdülər, həyata dair heç bir məqsədləri yox idi. 24 yaşlı Nurlan 11 yaşında idman yarışlarına qoşularaq özünə qarşı inam yaratdıqdan sonra UAFA Gəncə İƏR  dərnəklərində (kompüter, peşə təlimi, idman dərsləri və s.) iştirak etdi. Nurlanın uğuru 20 yaşlı qardaşı Əlini də həvəsləndirdi. O da, UAFA tərəfindən təşkil olunan idman dərslərinə qoşuldu. Onlar UAFA Gəncə İƏR xidmətlərindən  bəhrələnərək öz bacarıqlarını inkişaf etdirdilər və bütün həyatları dəyişdi. Hər ikisi 2003-cü ildən Bakcell layihəsi çərçivəsində təşkil olunan UAFA Gəncə İƏR idman  dərnəyində iştirak edərək, idman üzrə mühüm irəliləyişlər əldə ediblər.