Tender elanı 2

Tender elanı 2

Mart 2, 2019 Tender elanı 0

BP və onun Cənubi Qafqaz Boru kəməri layihəsindəki tərəfdaşları Məktəbəqədər İnklüziv Təhsil proqramı çərçivəsində bağça və məktəbəqədər təhsilin olmadığı ucqar icmalarda 2/5-6 yaşlı uşaqlar təhsilə cəlb edilir. Bu, cəmiyyətə inteqrasiya, sağlamlıq imkanları məhdud olan uşaqla sağlam uşaqların birlikdə təhsil almasını təmin edən bir layihədir.

Yoxsulluq, mərkəzdən kənarda yaşama kəndlərdə bağça və məktəbəqədər təhsilin olmaması, əlilliyə görə uşaq bağçalarına gedə bilməyən uşaqların ehtiyaclarını ödəmək məqsədilə UAFA məktəbəqədər təhsil üzrə alternativ və aşağı məsrəfli model layihələşdirib.

Bu Layihə BP şirkətinin tərəfdaşı olan Cənub Qafqaz Boru kəmərinin (SCP) Sosial İnvestisiya Proqramının tərkib hissəsidir-13 rayonda ümümilikdə 56 icmanı Qobustan(7 kənd), Hacıqabul(4 kənd),Şirvan(2 qəsəbə),Kürdəmir(4 kənd),Ağsu(7kənd) ,Ucar(4kənd) ,Ağdaş(4 kənd),Yevlax(4 kənd) Goranboy (4kənd),Samux (4kənd),Şəmkir (4kənd),Tovuz (4kənd),Ağstafa (4kənd) əhatə edir.

Hazırda 3rayonda (Ağsu Qobustan Şirvan-16 icmada) qruplar artıq 1 ildirki aktiv şəkildə fəaliyyət göstərir.

Layihəninicrası ilə bağlı UAFA aşağıdakı linkdəki göstəricilərəmalik avadanlıqların satınalınması üçün müsabiqə elanedilir:

Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, zəmanət şərtləri və digər meyarlar asas götürüləcəkdir.

İddiaçılardan özləri haqda məlumatları (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) və təkliflərini 15 mart 2019-cu il saat 17:00-dək office@uafa.az ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallarla bağlı aşağıda qeyd olunan mobil nömrə ilə əlaqə saxlamağınız xahiş olunur:

+994 55 214 93 33 – İsrafilova Yelena