ƏLİLLİYİ OLAN UŞAQLI 6 AİLƏYƏ DƏSTƏK (2015Cİ İL)

ƏLİLLİYİ OLAN UŞAQLI 6 AİLƏYƏ DƏSTƏK (2015Cİ İL)

Dekabr 13, 2017 Sosial İş Uğur Hekayələri 0
2015 May ayında UAFA təşkilatının əməkdaşları sosail işçinin müdaxiləsinə ehtiyacı olan və əlilliyi olan uşaqlı 6 ailəyə dəstək göstərmək üçün Siyəzənə yola düşdü.
some text
Bu ailələr 2 əlilliyi olan uşaqlı Röyanın ailəsi, serebral ifliclə doğulmuş uşağı olan Abbasovların ailəsi, 4 uşaqlı (onlardan biri eşitmə və nitq qabiliyyəti olmayan oğlandır) Fərzəliyevlərin ailəsi, yoxsulluq səbəbindən evə qaz və su xəttinin çəkdirilməsinə imkanı olmayan Nurməmmədovların ailəsi və adlarının çəkilməsini istəməyən daha 2 ailə idi.
Röyanın problemi haqqında biz öncə məlumat vermişdik. Hal-hazırda Röya və övladları üçün evin tikilməsini tamamlamaq üçün 2000 manat vəsait verdik. İnşaallah, bir aya ev tikilib hazır olacaq və Röya uşaqları ilə birgə indi yaşadığı toyuq hinindən təzə evinə köçəcək.
some text
 
some text
Abbasovların ailəsi yoxsul ailədir. Bir aydan sonra ailədə dünyaya bir uşaq da gələcək. Ananın məişət çətinliklərini yüngülləşdirmək və serebral iflicli uşağına daha çox vaxt ayıra bilməsi üçün biz ailəyə avtomat paltaryuyan maşın və elektrik ət çəkən maşın hədiyyə etdik.
some text
 
some text
 
some text
Fərzəliyevlərin ailəsində birində əlillik olmaqla 4 uşaq var. Ailənin maddi durumu çox acınacaqlıdır. Baxmayaraq ki, ananın dərzilik üzrə təhsil alıb, tikiş maşını olmadığına görə öz sənəti ilə məşğul ola bilmirdi. Biz ona “Zinger” elektrik tikiş maşını hədiyyə etdik. Bundan sonra ana sifarişlə dərzilik edəcək və bununla da ailənin maddi durumunun yaxşılaşmasına köməklik edəcək.
some text
 
some text
Nurməmmədovlar ailəsinə ötən ay ikimərtəbəli çarpayı hədiyyə etmişdik. Bu dəfə isə evlərinə qaz və su xəttinin çəkilməsi üçün maddi yardım etdik.
some text
Qalan iki ailənin səhiyyə ilə bağlı problemləri var idi. Hər ikisinə mövcud qaydaları izah etdik və müvafiq tibbi xidmətlərə yönləndirdik.
some text
 
some text
DİQQƏT: Biz ictimaiyyətin və dövlət qurumlarının diqqətini günümüzün aktual məsələsi olan bir məqama – SOSİAL İŞÇİ Mexanizminə yönəltmək istərdik. Sosial işçi – vətəndaşlarla dövlət qurumları, xidmətlər və mövcud resurslar arasında körpü rolu oynayan şəxsdir. Sosial iş - bu gün Azərbaycanda ən çox ehtiyac duyulan xidmətlərdən biridir! Ölkəmizdə peşəkar sosial işin dövlət səviyyəsində təşkil ediləcəyi təqdirdə aşağıdakı nəticələr əldə edilə bilər: • Yeni iş yerləri açılar; • Müvafiq universitetlərdə hazırlanan peşəkar sosial işçi kadrları ixtisasları üzrə işlə təmin olunar və ölkəmizə öz tövhəsini verər; • Çətin həyat şəraitində yaşayan, yoxsul və əlilliyi olan uşaqlı ailələrin problemləri tez bir zamanda və effektiv şəkildə yerindəcə həll olunar; • Heydər Əliyev Fonduna, Prezidentə və Prezident Apparatına, müxtəlif nazirliklərə, özəl şirkət və təşkilatlara, tanınmış şəxslərə olan şikayət və yardım üçün müraciətlərin sayı azalar; • Ölkə əhalisi arasında hökumətə qarşı neqativ münasibət, narazıçılıq və gərginlik aradan qaldırılar, suiqəsdlərin sayı azalar; Bütün ictimaiyyətə səslənirik: Bizi və bizim sosial layihələrimizi dəstəkləyin və onlarda iştirak edin. Tel.: +994 55 316 8448 UAFA.az