Vakansiyalar

Vakansiya

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasına başlamışdır.

Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunacaqdır.

 

Layihənin icrası ilə bağlı UAFA-nın Gəncə şəhərində yerləşən İcma Əsaslı Reabilitasiya mərkəzində İdman və Dram dərnəkləri üçün 2 təlimçiyə ehtiyac var. Namizədlərə tələblər:

  • Əlilliyi və inkişaf geriliyi olan uşaq və yeniyetmələrlə iş sahəsində təcrübə və təlimlərdə iştirak
  • Əlilliyə sosial yanaşma vasitəsilə mərkəzdən bəhrələnən uşaq və yeniyetmələri müxtəlif tədbir və yarışlara (yerli və beynəlxalq səviyyəli) hazırlamaq və iştiraklarını təmin etmək
  • Onların cəmiyyətə uğurlu inteqrasiyası üçün digər qurumlarla iş birliyində yaxından iştirak etmək
  • Mərkəzdəki Uşaq İnkişafı Mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində işləmək

İdman dərnəyi təlimçisi üçün müqavilə müddəti 10 ay, Dram dərnəyi təlimçisi üçün müqavilə müddəti 6 aydır.

Maraqlanan namizədlərdən 25 aprel 2018 tarixədək CV-lərini cv@uafa.az ünvanına göndərmələri xahiş olunur.