UAFA-nın 20 illik Yubileyi

28 fevral 2018-ci il tarixində, saat 19:00-da Monolit Plaza otelində UAFA təşkilatının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə 20 il ərzində UAFA təşkilatına dəstək olmuş Prezident Aparatı, Heydər Əliyev Fondu, Milli Məclis, Nazirlər Kabineti, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış RİİB (Regional İnkişaf İçtimai Birliyi), Yasamal İcra Hakimiyyəti, ASAN, Xüsusi Olimpiya Komitəsi, İSİM, AQUPDK və digər dövlət qurumlarının nümayəndələri, həmçinin Amerika, Böyük Britaniya, Rumıniya, İsrail, Fələstinın Azərbaycandakı səfirləri, Avropa Birliyi, UNICEF, BMT, British Council, AHK, IWC, BP, SCP, Bakcell, Rotary, Dünya Bankı, Paşa Bank, PWC, EY və sair şirkət və təşkilat təmsilçiləri, o cümlədən Media və tanınmış simalar, jurnalist və bloggerlər iştirak etdilər.

Açılış nitqində UAFA-ın rəhbəri xanım Qven Börçel təşkilatının yaranma və 20il sonra “NİYƏ hələ də bu işin davam etdirməsi” səbəbini açıqladı. CAVAB isə təbii ki, UŞAQLARDIR! 

Sonra UAFA-ın PR meneceri Saleh Nəsirov tədbirin qonaqlarına təşkilatın 20 illik fəaliyətini özündə əks etdirən yeni veb səhifəsini təqdim etdi www.uafa.az

Daha sonra O, UAFA-ın PULSUZ xidmətlərindən bəhrələnərək YÜKSƏK NƏTİCƏLƏR əldə etmiş əlilliyi olan bir neçə gənci öz Uğur Hekayələrini paylaşmaq üçün səhnəyə dəvət etdi. 

Nurlan Əhmədov,  2 yaşından etibarən UAFA Yasamal İƏR mərkəzinin PULSUZ xidmətlərindən faydalanır.

Şəbnəm Əhmədova, 4 yaşından etibarən UAFA Yasamal İƏR mərkəzinin PULSUZ xidmətlərindən faydalanır.

Rəsul Məmmədli, 2003-ci ildən Yasamal İƏR mərkəzinin PULSUZ xidmətlərindən bəhrələnir.

Əli və Nurlan Babacanov, 2003-ci ildən Gəncə İƏR mərkəzinin PULSUZ xidmətlərindən bəhrələnirlər.

Səma Məmmədova 12 yaşından Yasamal İƏR mərkəzinin PULSUZ xidmətlərindən bəhrələnirlər.

Rasul Zəkiyev, 12 yaşından Yasamal İƏR mərkəzində keçirilən PULSUZ dərnəklərdən bəhrələnir.

UAFA-ın Yasaaml İƏR Mərkəzinin pulsuz xidmətlərindən bəhrələnən, müxtəlif əlilliyi olan uşaqlardan ibarət “Möcüzə” rəqs qrupu da öz maraqlı çıxışları ilə qonaqların zövgünü oxşadı.

Tədbir boyu əlilliyi olan uşaq və gənclərin rəsm və əl işlərindən ibarət satış-sərgi nümayiş olunurdu.

Tədbirin sonunda UAFA-ın 20 illik Yubileyi üçün xüsusi hazırlanmış 250 nəfərlik tort kəsildi.

Vaxt ayırıb SEVİNCİMİZİ bölüşməyə gələn qonaqların hər birinə dərin minnətdarlığımızı bildiririk!

Bu tədbiri təmənnasız olaraq dəstəklədikləri üçün MGM Holding, Monolit  Plaza, Chabiant , Ləzzət  Group, AAS  (Assistance Advisory Services), Edumedia  və  K@TV1-yə xüsusi təşəkkürlər!!!

Tədbirdən Canlı Yayım

Azərbaycana Birgə Yardım Təşkilatının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Fevralın 28-də Monolit Plaza otelində UAFA təşkilatının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Международная организация UAFA 20 лет опекает детей с инвалидностью

На протяжении 20 лет Международная организация UAFA оказывает социальную помощь детям с ограниченными физическими возможностями. В Азербайджане под их опекой свыше 10 тысяч детей. Дорогостоящие операции, образование, психологическая реабилитация - все это позволяет детям-инвалидам интегрироваться в общество. 12-летний Расул Закиев на всю жизнь прикован к инвалидной коляске.