Tender elanı

Tender elanı

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasına başlamışdır.

Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunacaqdır.

Layihənin icrası ilə bağlı əlillik barəsində ictimaiyyətin məlumatlandırılması üçün lifletlərin çapı və Davranışın İdarə olunması, Pozitiv Valideynlik haqqında broşurların çapı satınalınması üçün müsabiqə elan edilir. Tələb olunan göstəricilər:

Liflet – 1000 ədəd (A5 fomrat)

Broşur -100 ədəd (A5 format)

Təkliflərin qiymətləndirilməsi zamanı keyfiyyət göstəriciləri, qiymət amili, zəmanət şərtləri və digər meyarlar asas götürüləcəkdir.

İddiaçılardan özləri haqda məlumatları (ünvan, VÖEN, bank rekvizitləri, fəaliyyət sahələri) və təkliflərini 13 avqust 2018-ci il saat 17:00-dək office@uafa.az göndərmələri xahiş olunur.