Təsisçinin Mesajı

"Müəllim düşüncənin, həkim bədənin, sosial işçi isə həyatın qayğısına qalır.” – Mən bu fikri yeni bir peşəni sosial iş üzrə heç bir təcrübəsi olmayan bir ölkədə tanıtmağa çalışarkən yazmışdım. Belə düşünürəm ki, məhz bu – yəni sosial dəyişikliyi yerli əhali tərəfindən asan qəbul ediləcək başa düşüləcək vizualizasiyaya çevirmək, mənim Azərbaycanda çox uğurlu olmağıma gətirib çıxardı. Bir çoxları mənə sual verir ki, nəyə görə bu qədər uzun müddət bir ölkədə qaldım, şəxsi uğur üçün müntəzəm olaraq yer dəyişməli idim – əksinə, real inkişafa nail olmaq üçün proses davam etdikcə mən bunun bir parçası olmalı idim.”
Qven Börçell
Təsisçisi və Direktor

Qven Börçel 1997-ci ilin noyabrında Azərbaycana səfər edir. O, bu səfərdən elə mütəəssir olur ki, 1998-ci ilin fevralında UAFA-nı təsis etmək üçün buraa qayıdır, həmin vaxtdan burada yaşayır və işləyir.

UAFA-nı təsis etməzdən əvvəl Qven Börçel iki qeyri-kommersiya təşkilatında işləyərək zəngin təcrübə toplayıb. O, ölümcül xəstəliyi olan uşaqlar və valideynləri üçün qayğı xidmətləri göstərən xeyriyyə cəmiyyətinin maliyyə vəsaitlərinin cəlb edilməsinə məsul olan şöbəsində işləyib. Börçel həmçinin həyatının iki ilini intihar riski daşıyan, problemlərlə boğuşan, ruhi narahatlıq keçirən insanlara emosional dəstək göstərən “Samaritanlar” adlı xeyriyyə cəmiyyətində könüllü kimi fəaliyyət göstərməklə keçirib. Hər iki təcrübə UAFA-nın istiqamətini və etik təməlini formalaşdırmaqda Qvenə kömək edən əhəmiyyətli faktor oldu.

O, akademik təhsilini bakalavr kimi “İdarəetmə ” (Kent Universiteti, 1994), ardınca magistr kimi “Sosial siyasət və planlaşdırma” (London İqtisadiyyat Universiteti, 2009) üzrə tamamlamışdır.

O, 2004-cü ildə “Azərbaycanda Xüsusi Təhsil sahəsində göstərdiyi xidmətlərə görə” Kraliça tərəfindən Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdir.

TƏSİSÇİ – QVEN BÖRÇELL MBE (Britaniya İmperiyasının Ordeni Kavaleri)

  • 25 sentyabr 1972-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur; 28 noyabr 2003-ci ildə anadan olmuş bir oğlu var
  • 1994-cü ildə Kent Universitetində Təhsilin İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsini almışdır
  • 2009-cu ildə London İqtisadiyyat Universitetində Sosial Siyasət və Planlama üzrə magistr dərəcəsi almışdır
  • 1998-ci ilin fevral ayında ailə dostlarının £500 həcmində olan ianəsi ilə UAFA-nı təsis etmişdir
  • Azərbaycan ilə bağlı ailə tarixçəsi – atası Maykl Börçell ilk dəfə 1992-ci ildə Azərbaycana gəlmişdir və SOCAR-ın Neft və Qaz layihələrində çalışmışdır.

Qven Börçell MBE ordenini Yeni İldə Təltiflər Siyahısında “Azərbaycanda xüsusi təhsil sahəsindəki xidmətləri”nə görə layiq görülmüş, 2004-ci ilin iyun ayında Kraliça tərəfindən təltif edilmişdir.

 

  • Birləşmiş Krallıqda Sosial Dəyişiklik İdarəsi tərəfindən təsis edilmiş “Influencer” Mükafatının 2012-ci ilin ikincisi olmuşdur
  • Sosial investisiya üçün təxminən 5 milyon dollar vəsaiti və könüllü dəstəyi, oyuncaq və avadanlıqlar, mütəxəssis köməyi və s. kimi çox və daha böyük həcmli ianəni şəxsən toplamışdır.
  • Azərbaycanda minlərlə əlilliyi olan və aztəminatlı uşaq və ailəyə birbaşa yardım göstərmişdir.