Sosial İş

Sosial İş

Sosial işçi – vətəndaşlar və dövlət təşkilatları, həmçinin ehtiyaclar və ehtiyatlar arasında körpü rolunu oynayan, ali təhsilli humanist şəxsdir. Bugün sosial işçi xidməti Azərbaycanda ən çox ehtiyac duyulan xidmətlərdən biridir.
Azərbaycanda ailələr ən dominant qeyri-formal institut hesab edilə bilər. Ailələr uşaqlar, yetkin və yaşlı şəxslərdən təşkil olunur, belə ki, ailənin bir üzvü yoxsulluq, əlillik, evsizlik və ya işsizlik kimi sosial problemlərlə üzləşdikdə, bu bütün ailəyə təsir etmiş olur. Beləliklə, UAFA sosial dəstəyin birbaşa ailə ilə yönləndirilməsini və aşağı imtiyazlı, yoxsulluq şəraitində yaşayan ailələrlə cəmiyyət arasında körpü rolunu oynamaq üçün AİLƏYƏ DƏSTƏK İŞÇİLƏRİ sisteminin hazırlanmasını məsləhət görür.

UAFA sosial işçilərə aşağıdakı fəaliyyətlərin icrası üzrə təlim keçir:  

  • Valideynlərə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq 
  • Uşağın inkişafındakı irəliləyişləri yoxlamaq, müşahidə etmək və qiymətləndirmək  
  • Ailəyə olunan  müdaxilələr haqqında dəqiq sənədləşdirmə işi aparmaq  
  • Sosial problemlərlə üzləşən ailələrə dəstək verə biləcək digər xidmət təminatçıları ilə birgə işləmək  
  • İrəliləyişləri yoxlamaq və uğurları qeyd etmək üçün prosesi müntəzəm olaraq izləmək (həvəsləndirmə)

Azərbaycanda sosial problemlərdən (yoxsulluq, təhsilsizlik, əlillik, işsizlik, erkən evlilik, evsizlik və s.) əziyyət çəkən çoxlu sayda uşaq və ailə var. Əksər hallarda valideynlər ya susaraq   əziyyət çəkməyə davam edir, ya da yardım (əsasən, maddi) üçün müraciət etmək məqsədilə hökümət orqanları və biznes müəssisələrinə saysız-hesabsız məktublar göndərir. Hökümət orqanları və biznes müəssisələri   hardan başlamaq lazım olduğunu və bu problemləri necə prioritetləşdirəcəklərini bilmirlər. İkincisi, onların hər kəsə yardım edəcək qədər  vaxtları və ya ehtiyatları yoxdur.   

Müəllim düşüncəni inkişaf etdirir, həkim bədənin, sosial işçi isə həyatın qayğısına qalır. 

Ailənin və ya ölkənin varlı və ya kasıb olmasından asılı olmayaraq, həyatda bir çox fəlakətlər var ki, bunlar bir ailəni tezliklə məhv olmağa doğru aparacaq qədər zəiflədə bilər. Onların təcili dəstəyə və çətin həyat şəraitinin  öhdəsindən gəlməkdə dəstək göstərə biləcək bir insana ehtiyacları var.