Qayğı Müəssisələrində Uşaqlar

Dünya üzrə 8 milyondan çox uşaq müəssisələrdə yaşayır. Onlar ailə, sevgi və diqqətdən məhrum, gələcəyə ümidsiz şəkildə böyüyürlər. Əlilliyi olan bu uşaqlara göstərilən diqqət sadəcə, onları yedirtmək, yuyundurmaq və geyindirməkdən ibarətdir.  2001-ci ildən UAFA əlilliyi olan uşaqlar üzrə iki müəssisə ilə işləyir. İlk səfərimiz vaxtı biz gördük ki, hər bir uşaq bütün gün boyunca ya yataqda qalır, ya da skamyada oturur. Onların baxışı, toxunuşu, hərəkəti, danışığı və düşüncəsi balaca uşaq kimi idi, hətta yaşca böyük olanların belə.

2001-ci ildən bəri Saray qəsəbəsində yerləşən 2 saylı Sosial Xidmət Müəssisəsində əlilliyi olan 1400 uşaq UAFA-nın uşaq inkişafı xidmətlərindən yararlanmışdır.

2003-cü ildən bəri Şağan qəsəbəsində yerləşən 1 saylı Sosial Xidmət Müəssisəsində əlilliyi olan 1700 uşaq UAFA-nın uşaq inkişafı xidmətlərindən yararlanmışdır.

2017-ci ildən bəri Maştağa Psixiatriya Xəstəxanasında əlilliyi olan 40 uşaq UAFA-nın uşaq inkişafı xidmətlərindən yararlanmışdır.

Bu illər ərzində uşaqların hər gün aktiv fəaliyyətdə olmaları üçün UAFA davamlı olaraq, müxtəlif proqramlar həyata keçirmişdir . İndi onların bir çoxu evlərinə qayıdıb, bəziləri təhsil alır, bəziləri isə işləyirlər .
Uşaq inkişafı üzrə təlim keçmiş mütəxəssislər və könüllülərdən ibarət komanda hər gün həmin uşaqlarla işləyərək , onların həyatının bütün sahələrini yaxşılaşdırmaq üçün çalışır və müəssisələrdə işləyən yerli işçilərə təlim keçirlər.
Onlar aşağıdakı fəaliyyətləri həyata keçirirlər:

• Oyun və erqoterapiya ( Occupational Therapy ), həmçinin aktiv öyrənmə üsulu ilə reabilitasiya məşğələləri
• İncəsənət və musiqi məşğələləri
• İdman terapiyası
• Aşpazlıq və bağçılıq üzrə məşğələlər
• Xüsusi təhsil dərsləri

Məqsədimiz Minimum Qayğı Standartlarını tanıtmaq və sosial müəssisələrin daimi yaşayış yerlərindən fasiləli qayğı və reabilitasiya mərkəzlərinə keçid etmələrinə yardım etməkdir. Hər bir uşaq ailə qayğısı ilə böyüməlidir.

Əvvəl

 

Sonra

 

Əvvəl
Sonra

 

Əvvəl
Sonra