MƏKTƏBƏQƏDƏR TƏHSİL

Məktəbəqədər təhsil

4 region: Biləsuvar, Lənkəran, Sumqayıt və Siyəzən 

611 uşaq, 540 valideyn  bəhrələnib

Məktəbəqədər təhsil

• Azərbaycanda 2012-ci ildə şəhərlərdə yaşayan uşaqlardan yalnız 23 % – nin, kəndlərdə yaşayanların isə cəmi 8 % – nin məktəbəqədər təhsil müəssisələrinə müyəssərliyi olub.
• Ümummilli səviyyədə cəmiyyətin yalnız 17 % – i uyğun məsafədə yerləşən uşaq bağçalarının xidmətindən istifadə edə bilir.
• Uşaq bağçaları üzrə nisbət: müəllim hədəfli modelə görə 2012-ci ildə 1:600 nisbətində olub

Yoxsulluq, mərkəzdən kənarda yaşama və əlilliyə görə uşaq bağçalarına gedə bilməyən uşaqların ehtiyaclarını ödəmək məqsədilə UAFA məktəbəqədər təhsil üzrə alternativ, aşağı məsrəfli model layihələşdirib. Bu layihə 2012-2014-cü illər ərzində Aİ tərəfindən maliyyələşdirilib. Pilot layihənin nəticələri Təhsil Nazirliyi tərəfindən qiymətləndirilib və icma əsaslı modelə nümunə kimi təsdiq edilib.

Uşaq hədəfli xidmətlər Azərbaycanda mövcud dəyişən iqtisadi şəraitə daha uyğun hesab edilir, onlar özünümotivasiya, kommunikasiya və fəal öyrənməni təşviq edir. Modelə aşağıdakılar daxildir:

• Uşaq bağçası üzrə 1 metodist yerli kəndlərdə 4 məktəbəqədər mərkəzə nəzarət edir.
• Metodistə uşaq hədəfli metodologiya və mərkəzi idarə üzrə təlim keçilir.
• Metodist fəaliyyətləri müşahidə etmək və rəy bildirmək üçün həftədə bir dəfə hər bir məktəbəqədər qrupu ziyarət edir.

Məktəbəqədər qruplar
• 2-6 yaş arası uşaqlar hər yaş qrupu üzrə 4 saatlıq/həftəlik qruplarda iştirak edir; mərkəzlər hər gün açıq olur.
• Əlilliyi olan uşaqlar qruplara cəlb edilir.
• Valideynlər yeni valideynlik bacarıqlarına yiyələnirlər və öyrənmə prosesinə dəstək olmaq üçün qruplarda iştirak etməyə təşviq edilirlər.
• Erkən uşaqlıq dövründə inkişaf üzrə tətbiq edilən müasir metodlar, əsasən, oynayaraq öyrənməyə yönəldilir.
Yaponiya, Cənubi Koreya, Sinqapur, Skandinaviya ölkələri, Amerika Birləşmiş Ştatları və Fransa kimi ölkələr, xüsusilə, məktəbəqədər təhsilə investisiya qoymaqla rəqabətliliyi əhəmiyyətli dərəcədə artırıblar.
Yaxın gələcəkdə Azərbaycanda hər bir kənddə inkluziv məktəbəqədər təhsilin yaradılmasına nail olmaq UAFA-nın məqsədlərindəndir. Buna dövlət və özəl sektorun güclü tərəfdaşlığı və cəmiyyətin səyləri ilə müvəffəq olmaq olar.