İƏR- İcma Əsaslı Reabilitasiya

Yasamal İƏR (2004-cü ildən) – 1819 uşaq bəhrələnib.
Gəncə İƏR (2004-cü ildən) – 1300 uşaq bəhrələnib.
Xaçmaz İƏR (2005-ci ildən) – 1200 uşaq bəhrələnib

Biləsuvar İƏR (2012-ci ildən) – 197 uşaq bəhrələnib.
Cəlilabad İƏR (2013-cü ildən) – 193 uşaq bəhrələnib.

İƏR – əlilliyi olan insanların reabilitasiyası, cəmiyyətə inteqrasiyası və imkanların bərabərlədirilməsinə yönəlmış bir strategiyadır. İƏR əlilliyi olan şəxslər, onların ailələri, yaşadıqları icma, səhiyyə, təhsil və sosial xidmət üzrə müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının birgə təşəbbüsü ilə həyata keçirilir.

(ÜST, BƏT və YUNESKO-nun 2014-cü ildə birgə bəyanatında qeyd olunduğu kimi)

Məqsəd inklüziya, reabilitasiya, müyəssərlik, xidmətlər, inteqrasiya, inkişaf və s. nail olmaq üçün əlilliyi olan hər bir uşaq, gənc və yetkin şəxsi əhatə etməkdir.   

Biz əlilliyi olan hər bir uşaq, gənc və yetkin şəxsi əhatə edəcəyik? 

  • Təlimlər təşkil etməklə
  • cəmiyyətdən təcrid edilmiş uşaqları  aşkarlamaq üçün evlərə səfər etməklə
  • fəaliyyətimizi yayımlaması üçün medianı cəlb etməklə
  • icma əsaslı xidmətləri təşkil etməklə
  • ictimai görüşlər keçirmək və yerli orqanlarla birgə işləməklə.  

İƏR də 5 önəmli məqam

  • İƏR    bir strategiyadır, yanaşmadır, reabilitasiya metodu deyil.  
  • İƏR – reabilitasiya, ictimai maarifləndirmə, əlilliyi olan uşaqların və ailələrinin  səlahiyyətləndirilməsi, erkən müdaxilə  , inklüziv təhsil  , istirahət və idman fəaliyyətləri vasitəsilə sosial inteqrasiya  xidmətlərini özündə birləşdirən bir proqramdır.  
  • İƏR əlilliyi olan uşaqlar və yetkin şəxslər üçün imkanların yaxşılaşdırılması  məqsədilə bütün icmanı  səfərbər edir.    
  • İƏR əsas bacarıqların icma işçilərinə ötürülməsinə əsaslanır ki, bu da, proqramın   davamlılığına və daha da inkişaf edə bilməsinə şərait yaradır.   
  • Valideynlərin və ailə üzvlərinin reabilitasiya və inklüziya fəaliyyətlərinə cəlb edilməsi çox VACİBdir.  

İƏR mərkəzinin xidmətlərindən kimlər yararlana bilər?

UAFA-nın icma əsaslı xidmətlərinə müraciət edən 0-18 yaş arası uşaqlardakı problemlər müxtəlifdir: serebral iflic, daun sindromu, autizm, müxtəlif səviyyədə əqli və fiziki inkişaf  gerilikləri, davranış problemləri, hiperaktivlik, nitq problemləri və s.  

UAFA mərkəzlərində həyata keçirilən bütün məşğələlər inteqrasiya məqsədi daşıyır – tipik uşaqlar inkişaf problemləri olan bacı və qardaşları ilə birgə bu məşğələlərdə iştirak edə bilərlər. Bir çox ölkələrin bu sahədə uğurlu praktikası və UAFA-nın uzunmüddətli təcrübəsinə əsasən, əminliklə söyləmək olar ki, belə məşğələlər  əlilliyi olan  uşaqların inkişafı üçün çox vacibdir. Onların əksəriyyəti təhsildən uzaqlaşdırılıblar və UAFA mərkəzləri onların digər uşaqlarla görüşə və sosiallaşa biləcəkləri yeganə yerdir.  

3 il ərzində evlərə səfərlər edərək əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətləri təşkil etdikdən sonra UAFA 2004-cü ildə Yasamal, Gəncə və Xaçmazda yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə İƏR proqramını həyata keçirməyə başladı.   

2011-ci ildə Maliyyə Nazirliyi UAFA-nın  QHT-lərin  xidmət təminatçıları kimi dövlət tərəfindən maliyyələşdirilməsi pilot layihəsilə bağlı təklifini təsdiq etdi. 2012-ci ildən etibarən UAFA-nın Yasamal, Xaçmaz və Gəncə  İƏR mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  sifarişi əsasında İƏR layihəsinin icrasına başlamışdır. 2015-ci ildə xidmətin əhatə dairəsi Biləsuvar, Cəlilabad və Şəmkirə qədər genişlənmişdir. 2017-ci ildə xidmətlərimizə Sumqayıt da daxil edilmişdir.

Əvvəl
Sonra
Əvvəl
Sonra
Əvvəl
Sonra