Dəstək siyasəti

Dəstək və Siyasət üzrə Vaxt Cədvəli

UAFA güclü proqramlara , dərin təcrübə və biliyə malik olduğuna görə Azərbaycan Höküməti ilə uğurlu əməkdaşlıq və tərəfdaşlığa nail olub.

UAFA 2001-ci ildən etibarən qanunvericilik və siyasi islahatlarla bağlı məsləhət verir. Əldə olunan nailiyyətlərə aşağıdakılar daxildir:

2014 – İcma əsaslı məktəbəqədər modelin Təhsil Nazirliyi tərəfindən təsdiq olunması üçün uğurla lobbiçilik edilib və bu hal hazırda 17 kənddə həyata keçirilir. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 2015-ci ildə 50-dən çox kəndi əhatə etməsi gözlənilir.

May 2013 – Təhsil Nazirliyi tərəfindən dəstəklənən konfransda “Təhsil İslahatı və Yoxsulluğun Aradan Qaldırılması” adlı sənəd hazırlanıb. Bundan başqa “De-institualizasiya və Alternativ Qayğı Xidmətlərinə dair Dövlət Proqramı” üzrə inkişafı artırmaq üçün mühüm islahatlar barədə birbaşa məsləhətlər verilib.
2011 – 2014: Maliyyə Nazirliyinin tələbi ilə yeni islahatların başladılması məqsədilə QHT xidmət təminatçıları ilə sosial saziş bağlanması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məsləhətçi dəstəyi göstərilib

Bura aşağıdakı sahələr üzrə inkişaf daxildir:

• Xidmətin spesifikləşdirilməsi
• Lisenziyalaşdırma standartları
• İcma Əsaslı Reabilitasiya Xidmətləri üzrə standartlar
• Həmkar qrup baxışı, klinik audit, xarici qiymətləndirmə vasitəsilə fəaliyyətin qiymətləndirilməsi mexanizmləri
• Əlilliyi Olan Uşaqlar üzrə Qayğı Müəssisələrinə dair Minimum Standartlar
• Dünya Bankının Sosial Müdafiə layihəsinin bir hissəsi kimi sosial yardım/sosial işçi anlayışları

Bu islahat icma əsaslı reabilitasiya mərkəzləri, gündəlik qayğı müəssisələri və uşaqlar üçün digər fərdi xidmətlər də daxil olmaqla, uşaqların de-institulizasiyasına alternativ olaraq çoxlu sayda xidmətlərin inkişafına səbəb oldu.

2011 – yanvar 2013 – Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən və təsnifatlaşdırılan Əlilliyi Olan Uşaqların Müəyyənləşdirilməsi üzrə ilk Klinik Protokolları hazırlayan yerli komandanın üzvü və təşəbbüskarıdır.

Bu protokollar əlilliyi və inkişaf ləngimələri olan uşaqlar üçün Erkən Müdaxilə xidmətlərinin hazırlanmasında ilkin addımdır. Qven Börçel və UAFA heyəti UNİSEF tərəfindən hazırlanan Erkən Müdaxilə strategiyasına dair ardıcıl inkişaf üzrə İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.

2001-ci ildən bəri QVEN BÖRÇEL VƏ UAFA HEYƏTI Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Kommissiyası ilə birlikdə qanunvericiliyin müasirləşdirilməsi istiqamətində yaxından əməkdaşlıq etmiş, tam Parlament sessiyasında, daha sonra isə 2012-ci ildə Uşaqların Mühafizəsi üzrə Parlamentin xüsusi iclasında çıxış edən ilk QHT nümayəndəsi olmuşdur. Aşağıdakı qanunların qəbulunda UAFA-nın böyük təsiri olmuşdur:  

  • Əlilliyi olan uşaqlar üçün təhsili üzrə qanun (2001-ci il)
  • Ailə Məcəlləsi (bütün uşaq və ailə qanunvericiliyinin əsası) (2007-ci ildən başlayaraq)
  •  Xüsusi Sosial Xidmətlər üzrə Qanun (2012-ci il)
  •  Əlillik üzrə Qanun (cari).