Azərbaycan və Gürcüstan arasında EAPTC çərçivəsində layihə

Sağlamlıq imkanları məhdud olan uşaqların sosial inkluzivliyinin gücləndirilməsinə dəstək...

Ümumi problemlər – Birgə həllər

 Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı Gəncə Avro-Atlantik Məlumat Mərkəzi və “Əlil insanlar üçün Mərkəz” (Gürcüstan) təşkilatları ilə birlikdə “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsinin icrasına başlamışdır. Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunacaqdır.

Layihənin məqsədi Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqların bacarıqlarının və onlarda özünə inamın yaradılması, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial cəhətdən inkluzivliyinin artırılmasında yerli icmaların və ailələrin rolunun təşviqi vasitəsilə onların cəmiyyətə fəal şəkildə inteqrasiyasına dəstək göstərilməsidir.

Layihə çərçivəsində (1) Gəncə şəhəri və ətraf rayonlardan olan sağlamlıq imkanları məhdud olan uşaq və gənclər üçün MS Office proqramları üzrə kurslar təşkil ediləcək; (2) Sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri əlillərin hüquqları ilə bağlı məlumatlıdırılacaq; (3) Ailə vəhdətinin gücləndirilməsi məqsədilə sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailələrinə psixoloji dəstək göstəriləcək; (4) Təlim sessiyaları və ən yaxşı təcrübənin ötürülməsi vasitəsilə əlil insanlarla işləyən yerli QHT-lərin bacarıqları artırılacaqdır.

Layihə “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasına və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğundur.

Layihədə iştirak etmək istəyən sağlamlıq imkanları məhdud olan uşaqlar və onların valideynləri Azərbaycana Birgə Yardım təşkilatının Gəncə İcma-əsaslı Reabilitasiya Mərkəzinə və Gəncə Avro-Atlantik Məlumat Mərkəzinə 05 aprel 2018-ci il tarixinədək müraciət edə bilərlər.

Ünvan:

 

Gəncə şəhəri 43 saylı tam orta məktəb. Gəncə İcma-əsaslı Reabilitasiya Mərkəzi.

Telefon: 055-214-33-36; E-mail: uafaganja@yandex.ru

Gəncə şəhəri, Nizami küçəsi 81. Gəncə Avro-Atlantik Məlumat Mərkəzi.

Telefon: 050-591-91-15;  E-mail:euroatlanticcenter@gmail.com