Valideyinlərin təlimləndirilməsi -Fərrux Hüseynov

Valideyinlərin təlimləndirilməsi -Fərrux Hüseynov

19 İyul 2018 Layihə xəbərləri Məqalələr 0

Hal-hazırda əksər valideyinlər uşaqlarına necə yanaşmalı olduqlarını bilmirlər‚valideyin uşaq münasibəti ailələrdə düzgün formalaşmır‚acınacaqlı cəhət ondan ibarətdir ki ‚ bir çox ailələrdə heç valideyin uşaq münasibəti belə yoxdur.Valideyinlə uşaq arasında düzgün əlaqə qurulmur‚uşaqlarda valideyinə güvəndən çox qorxu hissləri formalaşır.Ailələrdəki bu vəziət uşaqlarda stres‚depresiya‚hətda susid halları ilə özünü göstərir. Kənd icmalarında bu hallara daha çox rast gəlinir. Valideyinlər tərəfindən uşaqlara həddindən artıq qadağalar qoyulur ‚uşaq nəsə səhv birşey etdikdə başa salmaq əvəzinə danlamağa daha çox üstünlük verilir.Bu da uşağın sarsılmasına səbəb olur‚özgüvən azalır‚başqalarına qarşı daha aqressiv olur.Uşağa tərbiyəni ana verər istiqamətində hərəkət edən saysız ailələrdə ata uşağın gözündə ikinci planda olur və böyüdükdən sonra ataya qarşı soyuqluq yaranır.Başqa ailə tiplərində isə ata ilahiləşdirilir ‚uşaq ata ilə nəinki söbət etməyə hətta ona nəsə deməyə belə çəkinir.Valideyinlər tərəfindən uşaqlar bir çox şeyə məcbur edilir.Yediyi yeməklərdən geyimlərinə qədər hər bir şeyə qarışılır və uşaqda bezginlik yaranır.

Bu problemləri yaradan səbəblər:Problemin əslində bir çox səbəbləri var‚bunlardan biri ailədaxili münaqişədir.Ailədə gərginlik valideyinlərin pisixologiyasına ciddi təsir edir ‚artıq özünü belə zorla idarə edən valideynin uşaqla münasibət qurması çox çətin hətta mümkünsüz olur.Başqa bir səbəb yeniyetmə yaşlarında olanların valideyn olmasıdır.Bu çox acınacaqlı olsada hal hazırda ölkənin bütün ərazilərində erkən nigah qurbanları var‚ hələ özü uşaqlıqdan çıxmamış birinin dünyaya gətirdiyi uşaq ilə münasibətinin düzgün formalaşması çox çətindir. Digər səbəb üçüncü şəxslərin ailəyə müdaxilə etməsidir.Bu şəxslər nənə‚ baba‚ qonşu‚ qohum və s olaraq dəyişir.Valideyinlərin uşaqları ilə münasibətinə bu və digər bu kimi şəxslər mənfi təsir göstərir və problem yaradır. Başqa səbəb kimi əksər valideyinlərin uşaqlarının böyük yaşlara qədər idarə edilməsi lazım olan biri kimi görmələridir. Bunlar və bunlara bənzər birsıra səbəblər sadaladığım problemlərin ortaya çıxmasına səbəb olur. Bu problemləri aradan qaldırmaq çətin olsa da lakin mümkündür.Hər bir məktəbdə sosial işçilərin olması və onların həftənin müəyyən günləri valideyinlərlə eyni zamanda uşaqlarla danışıqlar aparması artıq valideyinlərin birbaşa təlimlənməsi deməkdir.

Dövlət tərəfindən sosial işçilər bu işə cəlb olunmalıdırlar. Kəndlərdə bələdiyyələr tərəfindən ən azı həftədə birdəfə valideyinlərlə danışıq üçün ‚onları təlimləndirmək üçün sosial işçilər dəvət olunmalıdır.Məktəblərdəki pisxoloqlar uşaqlar haqqında valideyinlərə davamlı olaraq məlumat verməlidirlər.

Cəmiyyətimizdə sosial işçilərin sayı nə qədər çox olsa ‚sosial problemlərin sayıda bir o qədər az olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir