Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyi

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyi 2003-cü ildə yaradılmış və 2005-ci ildə (26/05/2005.) dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailələrinə dəstək, əliliyi olan insanlar, əsasəndə uşaqlara sosial xidmətlərin təşkilindən ibarətdir. Təşkilat Sumqayıt şəhəri və ona yaxın şimal rayonlarında fəaliyyət göstərir. Təşkilatın nəzdində “Qadın Krizis Mərkəzi”, “Ailələrin İnkişafı Mərkəzi”, “Debat və Təlim Mərkəzi”, həmçinin Azərbaycanda ilk dəfə namizəd təşkilat tərəfindən 2005-ci ildə yaradılan “Məktəb Psixoloqlarının Resurs Mərkəzi” fəaliyyət göstərir.
Təşkilat fəaliyyətə başladığı müddətdən indiyədək çox sayda layihələr həyata keçirmişdir.Bu layihələr əsasən qadın və uşaqların hüquqlarının müdafiəsi, insan alveri və məişət zorakılığının qarşısının alınması, əlil və xəstə uşaqlara müxtəlif yardımların göstərilməsinə yönəlmişdir.
Təşkilatın icra etdiyi ilk layihələrdən biri məhz “Fiziki və əqli qüsurlu uşaqlar üçün komputer və ingilis dili kurslarının təşkil olunması” idi. Bu layihəyə 50-dən çox uşaq cəlb olunmuşdur.Kurslar peşəkar müəllimlər tərəfindən keçirilmiş, uşaqlar və onların valideynləri tərəfindən çox həvəslə qarşılanmışdı. Layihə müddətində kursalara həmçinin maddi durumu zəif olan və müəyyən səbəblərdən təhsil ala bilməyən uşaqların valideynləri müraciət etdiyi üçün təşkilat öz daxili vəsaiti hesabına layihənin texniki avadanlıqlarını və metodik vəsaitlərini çoxaltmış həmçinin layihə müddəti bitdikdən sonra belə kursların keçirilmilməsi davam etdirilmişdir. Layihədən yararlanan 5 fiziki qüsürlu uşaq əlil arabası ilə təmin edilmişdir.

Təşkilatın nəznində yaradılmış  “Qadın Krizis Mərkəzi”- 2004-ci ildən fəaliyyət göstərir və yarandığı gündən qarşısına qoyduğu məqsədlərdən biri demək olar ki, ən  vacibi risk qrupuna daxil olan ailələrə müxtəlif xidmətlərin göstərilməsi  ilə onlara mənəvi dayaq olmaq, qadınların sosial aktivliyini artırmaq idi. Mərkəzə psixoloqlar, hüquqşunaslar, sosial işçilər, həkimlər cəlb olundular. Mərkəz bir neçə istiqamətdə fəaliyyət göstərir: ailələrə pulsuz, yüksək səviyyəli hüquqi,psixoloji və tibbi xidmətlər fəaliyyətin əsas istiqamətlərindəndir. Mərkəzdə daimi olaraq “etimad telefonu” fəaliyyət göstərir. Bu telefon vasitəsi ilə zəng vuran benevsiarlara ilkin psixoloji,hüquqi yardımlar göstərilir.

Birliyin nəznində həmçinin 2005-ci ildə “Psixoloqların Resurs Mərkəzi” yaradılmışdır.Mərkəz öz ətrafında 60-dan çox psixoloqu birləşdirmişdir. Mərkəzin yaradılması məktəblərdə psixoloji xidmətin səviyyəsinin qalxması, müəllimlər,şagirdlər,valideynlər tərəfindən psixoloji xidmətə münasibətin yaxşı istiqamətdə dəyişməsinə inamın və etibarın artmasına səbəb olmuşdur. Hər həftə sonları psixoloq və məktəb şagirdləri üçün müxtəlif mövzularda təlimlər keçirilir. İlk dəfə olaraq məktəb psixoloqların öz səyi nəticəsində “Psixologiya Məktəbdə” jurnalı dərc olunmuşdur.

2006-cı ildən  2012-ci ilədək Sumqayıt İcra Hakimiyyəti   və Sumqayıt Təhsil Şöbəsi şəhərin orta məktəblərində  hər birində imkansız ailələrdən olan və risk qrupuna daxil olan ailələrdən 50 şagird olmaqla yay düşərgələri təşkil etmişdir. Təşkilatımız bu yay düşərgələrində istirahət edən uşaqlar üçün tədbirlər keçirtmişdir. Bu tədbirlərə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin nəznində yaradılmış Psixoloqların Resurs Mərkəzinin psixloqları, tibb işçiləri, yol polisi əməkdaşları da aktiv şəkildə cəlb olunmuşdular. Bu tədbirlər daxilində uşaqlar üçün psixoloji oyunlar, qrup oyunları, intektual oyunlar, ölkənin görməli məkanları üçün turlar, yol hərəkət qaydaları haqqında bilik səviyyələrini artırmaq üçün Sumqayıt Dövlət Yol Polis Kapitanı tərəfindən viktorinalar təşkil olunmuşdur.Viktorinaların sonunda qaliblərə qiymətli mükafatlar verilmişdir.

Təşkilatın daxili vəsaiti hesabına, maddi durumu aşağı olan ailələrdən olan uşaqlara humanitar yardımlar göstərilmişdir.  “Məişət zorakılığı”, “İnsan Alveri”, “Zərərli vərdişlərdən uzaq olaq”, “Asudə zamanının düzgün keçirilməsi” üzrə uşaqlar üçün təlimlər keçirilmişdir. Beləliklə, Birliyin yay düşərgələrində qurduğu fəaliyyət çox uğurlu alınmışdır.

.

   İnkişaf Mərkəzində psixoloji və nitqi inkişafdan geri qalan uşaqlar (autist sindiromu,daun sindiromu,nitqi və əqli geriləmə,sosial adaptasiyası zəif olan) uşaqlar üçün diffektoloji, loqopedik, pedoqoji kosultasiyalar təşkil olunmuşdur ki, bu da maddi vəziyyəti zəif olan ailələrə və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün böyük köməklikdir.

   Təşkilatın nəznində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maiyyə yardımı ilə “Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara yardım mərkəzi” yaradılmışdır. Mərkəzin yaradılmasının əsas məqsədi Sumqayıt şəhəri və yaxın rayonlardan olan məişət zorakılığının qurbanı olmuş uşaqların və məişət zorakılığından əziyyət çəkən uşaqlara və onların ailələrinə sosial xidmətlərin göstərilməsi ilə onların reablitasıyanı həyata keçirtməkdir. Mərkəzin yaradılmasının məqsədlərindən biri də məişət zorakılığından əziyyət çəkən uşaqların ailə üzvlərinə də xidmətlərin göstərilməsi ilə ailədaxili zorakılıq riskinin aşağı salınmasıdır.

Bu məqsədlə Mərkəzdə peşəkar psixoloqlar, loqopedlər, sosial işçilər, tibb işçiləri fəaliyyət göstərir.Psixoloqlar tərəfindən uşaqlar və yeniyetmələr üçün fərdi psixoloji konsultasiyalarla bərabər həmçinin qrup terapiyalar da təşkil olunur. Qrup terapiyaların əhəmiyyəti problemli  uşaqların sosial aktivliyini artırmaq və davranışlarında olan problemləri korreksiya etməkdir. 

  Mərkəzdə həmçinin psixoloji və nitqi inkişafdan geri qalan uşaqlar (autist sindiromu,daun sindiromu,nitqi və əqli geriləmə,sosial adaptasiyası zəif olan) uşaqlar üçün diffektoloji, loqopedik, pedoqoji kosultasiyalar təşkil olunmuşdur ki, bu da maddi vəziyyəti zəif olan ailələrə və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün böyük köməklikdir.