Nikahın pozulması ilə bağlı… (Mehriban Zeynalova)

Nikahın pozulması ilə bağlı… (Mehriban Zeynalova)

01 Oktyabr 2018 Erkən nikahlar Layihə xəbərləri Məqalələr 0

Hazırladı: Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri.

Təklif

Nikahın pozulması ilə bağlı statistik məlumatlar göstərir ki, boşanma halları hər ilə nisbidə olsa da artır. Mövcud Qanunvericiliyin tələblərinə görə nikahım pozulması iki halda mümkündür:  -belə ki, qeydiyyat şöbələrində və məhkəmə qaydasında. Qeydiyyat şöbələrində nikahın pozulması azyaşlı uşaqları olmayan, aralarında əmlak mübahisələri olmayan və hər iki şəxsin razılığı olan ərizənin təqdim edilməsi əsasında mümkün olur.

Məhkəmə qaydasında nikahın pozulması isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbləri əsasında həyata keçirilir. Əgər Ailə Məcəlləsinə nəzər salsaq görərik ki, Məcəllənin bəzi maddələri ziddiyyətlidir. Məsələn məcəllənin  20.1-ci maddəsində yazılır ki,  Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Lakin elə həmin məcəllənin 20.2-ci maddəsində qeyd edilir ki,  tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Göründüyü kimi qanunverici bir tərəfdən Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmasını vaxt təyin etmədən nikahın pozulması barədə qətnamə qəbul edir, digər tərəfdən isə məhkəmə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə salır. 3 ay müddət müəyyən etməklə işi təxirə salınan tərəflər həmin dövür ərzində hansı hüquqları olmalıdır. Ilk növbədə  3 ay müddət müəyyən edilməklə tərəflərə verilmiş müddətdən səmərəli iatifadə etmək olar.

Belə ki, həmin vaxt ərzində məhkəmələr tərəfləri o cümlədən qadınları -qadın və uşaq hüquqlarının müdafiəsi ilıə və o cümlədən qadınların və uşaqların reabilitasiyası və reinteqrasiyası ilə məşğul olan QHT-na iatiqmətləndirməklə barışıq müddətində onlarla müvafiq işlər aparmaq daha məqsədə müvafiq olardı. Bu halda Qanunvericilikdə dəyişəklik edilməlidir yəni – Ailə məcəlləsinin 20.2-ci maddəsinə bir cümlə  əlavə etməli və aşağıdakı kimi qeyd olunmalıdır: tərəflərə 3 ay  müddətində vaxt təyin edildikdə məhkəmələr qadınları – qadın və uşaq hüquqlarının müdafiəsi ilə və o cümlədən qadınların və uşaqların reabilitasiyası və reinteqrasiyası ilə məşğul olan təşkilatlar yönəldilməsi barədə qərardad qəbul edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir