Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial müdafiə sistemi – Nəzakət Balabəyova

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial müdafiə sistemi – Nəzakət Balabəyova

07 Avqust 2018 Layihə xəbərləri 0

Zorakılıq insana psixoloji, sosial, iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsidir.


Bu zorakılıqların baş verməsinin əsas səbəbi, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyid yanaşılmadır. Zorakılıq halları demək olar ki, bütün dünyada çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalmışdır, demək olar ki, dünyada 3 dəqiqədən bir ən azı bir qadın öldürülür (http://www.who.int/news-room/fact-sheets/detail/violence-against-women WHO 2013).


Ümumdünya Səhiyyə Təşkilatının qadınlara və uşaqlara qarşı məişət zorakılığı üzrə 10 ölkədə keçirdiyi araşdırma zamanı aşkar edilmişdir ki, partnyor tərəfindən törədilmiş fiziki və ya cinsi zorakılıq halları müxtəlif ölkərədə 15%-dən 71%-dək olmuşdur.

Lakin dünyanın əksər bölgələrində bu halların yayılması 30%-60% təşkil edir (http://apps.who.int/iris/bitstream/handle/10665/43310/9241593512_eng.pdf;jsessionid=A9825A7C5BB9C683385F4BCE87E41BD5?sequence=1, World Health Organization2005). Avropada (qadınlara qarşı zorakılığın bütün formaları nəzərə alınanmaqla) qadınların 45% kişilər tərəfindən törədilən zorakılığa məruz qalmışdırlar (AQL, 2011).


Son zamanlar məişət zorakılığı cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsləyə çevrilmişdir. Bu hal dünya miqyaslı bir bəla kimi hesab edilir. Ailə daxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi müasir dövrün mühüm məsələlərindəndir.


Ailədə zorakılıq prosessində tərəflərarası bərabərliyə imkan yaranmır. Zorakılığı törədən tərəf fiziki güc, iqtisadı imkanlar və sosial statusundan zərər çəkən tərəfə nəzarət məqsədi ilə istifadə edir. Ailədaxili zorakılığından zərər çəkmiş şəxsin davamlı sarsıdan çıxılmaz zəncirdir ki, təkrarlandıqca yeni elementləri özünə cəlb edir və insan qarşısında seçim imkanlarını məhdudlaşdırır. Bu məhdudlaşdırma birbaşa insan hüquqlarının pozuntusu ilə müşahidə edilir.


Zorakılıq irqindən, təhsil səviyyəsindən, əhatə edən cəmiyyətdən asılı olmayaraq, istənilən ictimai—iqtisadı təbəqədən olan ailələrdə müşahidə edilir.


İlk növbədə məişət zorakılığı qanunvericilikdə qanuna zidd əməl kimi göstərilərək, onun törədilməsinə görə hüquqi məsuliyyət nəzərdə tutulmalıdır. Zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi və ailə münasibətlərinin pozulmasından əvvəl, həmin şəxs zərər verdiyi şəxsdən təcrid olunaraq, onunla tərbiyəvi xarakterli iş aparılmalıdır. Digər tərəfdən isə zərər çəkmiş şəxs üçün sosial mühafizə mühiti yaradılmalıdır.


Müasir dövrdə artıq məişət zorakılığı ilə mübarizə sahəsində universal tövsiyələr, normativ aktlar, konvensiyalar və digər beynəlxalq sənədlər hazırlanıb.


Məişət zorakılığı ilə mübarizənin digər aspekti zərər çəkmiş şəxsə göstərilən sosial yardımla bağlıdır. Zorakılıq faktı baş verdikıdə dövlət zərər çəkmiş şəxsə sığınacaqdan istifadə imkanı yaratmalıdır. Məişət zorakılığı törədiləndən dərhal sonra zərər çəkmiş şəxsin həyatı və sağlamlığına real təhlükə yaranır.


Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial-psixoloji xidmətlərin göstərilməsinin əsas məqsədi onlara yenidən özlərinə inam qazandırmağa və həyatlarına hakimlik etməyə kömək etməkdir. Zərər çəkmiş şəxsin çəkdiyi əzabı azaltmaq, təkliyinin və sosial münasibətlərdən qaçmaq kimi davranışlarının qarşısını almaq, fiziki sağlamlığını yaxşılaşdırmaq, həm cəmiyyət, həm də ailə daxilində inteqrasiya ola bilmələrinə yardım etmək kimi xidmətlər sosial-psixoloji yardımın tərkib hissəsi ola bilər. Sosial-psixoloji yardım prosesinin bütün mərhələləində zərər çəkmiş şəxsin şəxsi həyat sirri və konifidensiallığı onun təhlükəsizliyindən sonra gəlir. Bu yardımları göstərmək üçün ölkədə bir neçə bölgələr üzrə intervensiya mərkəzləri, yardım mərkəzləri və sığınacaqlar yaradılmalıdır. Zərər çəkmiş şəxslərin bu cür mərkəzlərə müraciət etmələri məqsədilə Qaynar xəttlərin yaradılması zəruridir.

Zorakılığa məruz qalmış şəxsin xüsusi mühafizə olunan şəraitdə saxlanılmalıdır. Bu halda zərər çəkmiş şəxsə sosial yardımın göstərilməsi əsas məsələdir və bu məsələyə yanaşma fərdi olmalıdır.


Yardım mərkəzində zərər çəkmiş şəxsin müəyyən edilməsi, qiymətləndirmə, sosial-psixoloji yardımın göstərilməsi, məişət zorakılığı hadisəsinin sənədləşdirilməsi, istiqamətləndirmə və ya zorakılıq hadisəsinin əlaqələndirilməsi prosesi fərdi iş plana uyğun aparılmalıdır. Zərər çəkmiş şəxsin həyatına və ya toxunulmazlığına təhlükə yaradan tibbi ehtiyacların təmin edilməsinə üstünlük verilməlidir.


Zorakılıqdan zərər çəkmiş şəxsə yardım göstərilən zaman mədəni, dini və digər xüsusiyyətləri nəzərə alaraq, tərcüməçi, mədəni vasitəçi kimi mütəxəssisləri də işə cəlb etmək faydalı olardı. Buraya ölkədə yaşayan ayrı-ayrı etnik qrupların nümayəndələrinin (məs: romanlar kimi milli azlıqlar) reabilitasiya prosesini aid etmək olar. Onlardan həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin reabilitasiyası zamanı da istifadə olunması əhəmiyyətlidir. Onlarla iş zamanı bir sıra xüsusi bacarıqlar, əsasən də dil bilgisi vacibdir. Onlar zərər çəkmiş şəxsin yaşama mühiti haqqında lazımi biliklərə malik olurlar ki, bu da həmin şəxslərə münasibətdə qeyri-peşəkar hərəkətlərdən yayınmağa yardımçı olur.


Zərər çəkmiş şəxsi ilk xidmət göstərən qurum olub-olmamasından asılı olmayaraq digər qurumlara yönəldə bilməlidir. İstiqamətləndirmə sisteminin effektiv işləməsi üçün təşkilat və qurumlar, xüsusi xidmət müəssisələri barədə təfərrüratların və əlaqə məlumatlarının sistemləşdirilməsi, həmçinin müvafiq qurumlar arasında yayılması zəruridir.


Birgə yaşayıb-yaşamamasından asılı olmayaraq partnyor, həyat yoldaşı və ya keçmiş partnyor və yaxud ailə üzvü tərəfindən evdə və ya ictimai yerdə törədilən bütün növ fiziki, cinsi, psixoloji və ya iqtisadi zorakılıq — məişət zorakılığıdır.

Nəzakət Balabəyova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir