Danceability Azerbaijan

Nigar Sultanova- Yıldırım 1983-cü ildə Bakıda doğulub, hal-hazırda Azərbaycan və Türkiyədə yaşayıb, yaradır. O, 1990-1998-ci illər arası N. Tusi Adına Gimnaziyada Milli Azərbaycan və Dünya Rəqsləri üzrə dərslər alıb. 1997-ci ildə İsrail Gənclər və Mədəniyyət Mərkəzində keçirilən rəqs dərslərində iştirak edib. Nigar 2007-ci ildə Rus Dili və Ədəbiyyatı ixtisası ilə Bakı Slavyan Universitetindən məzun olub. 2010-cu ildə isə o, Türkiyəyə köçüb və orada xoreoqraf Villian Balqoria Diazdan Populyar Kuba Rəqsləri üzrə dərslər alıb. İstanbulda Tolqa Han Rəqs Məktəbinin Latın Amerika Rəqsləri Proqramından 2011-ci ildə məzun olub. “Danza Contemporanea de Cuba” adlı rəqs şirkətində Modern və Populyar Kuba Rəqsləri üzrə təhsil almaq üçün Nigar 2014-cü ildə Havanaya, Kubaya yerləşib. 2012-ci ildən 2015-ci ilədək o, Türkiyədə hər il baş tutan “Misirli Ahmet Rhythm & Art Camp”-da Qafqaz və Kuba Rəqsləri üzrə dərslər tədris edib. 2015-ci ildə “1915 Geçilmez 2015” adlı Rəqs/Teatr/Multimedia layihəsində çıxış edib, əlavətən “Ömər ibn Xəttab” tamaşasında xoreoqraf kimi fəaliyyət göstərib. Nigar 2016-da Vyanada keçirilən “ImPulsTanz” Beynəlxalq Festivalında Alito Alessi tərəfindən tədris edilən “DanceAbility Pedaqoq Sertifikat Proqramı”nın da məzunudur. Avropa Şurasının “Yaradıcı Avropa” proqramı çərçivəsində həyata keçirilən “Musiqi və Yaddaş” layihəsində Nigar 2015-2017-ci illərdə musiqi kordinatoru kimi işləyib.

Nigarın Rəqs Görüşü

Son bir neçə ildə Nigar “rəqsin ötəsində nə var?!” kimi suallar və niyə hər zaman rəqsi sevməsi ilə bağlı araşdırmalar aparıb. Hərəkət və hərəkət əsasında qurulan əlaqə özü-özlüyündə həyati keyfiyyəti artırmaqla bərabər həm də səni həyata daha da məftun edir.

Nigar inanır ki, “rəqsdə səhv hərəkət yoxdur”, çünki istənilən halda rutin həyatımız onsuzda qaydalardan, nələrin doğru, nələrin yanlış olmasından və ya nələrin uyğun və qeyri-uyğun olmasından ibarətdir. Doğru və yanlış konsepti şəxsə və mədəniyyətlərə görə dəyişir. Bizim bədənimiz düşündüyümüzdən də çox bilir, biz sadəcə onun oyanmasına və bizi “qəlb rəqsi səfərinə” aparmağına izin verməliyik.

RəqsBacarığı (DanceAbility) Metodologiyası Birgəlik & Bərabərlik Sənəti Bütün Vücudlar Danışır!

DanceAbility –AYRI-SEÇKİLİYİ DƏF ET – istər peşəkar, istər daha az təcrübəli, istər əlilliyi olan və olmayan hər kəsə açıq özünəməxsus rəqs metodologiyasıdır. Bu metodologiya 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən tərtib edilib. Alto Alessi metodun tərtibatında son 30 il ərzində dünyanın hər yerindən dərslərinə qatılan fərqli bacarıqlarda iştirakçılarla iş prosesindən bəhrələnib. 

DanceAbility fərqli ölkələrdə bir çox layihələri və bütün dünyada 500-ə qədər pedaqoqu özündə cəmləyən beynəlxalq təşkilatdır. DanceAbility hissi fərqindəlik, intuisiya, yaradıcı proses, dinləmə və ünsiyyəti inkişaf etdirməyə kömək edir. Bu kömək isə müqabilində toplum, inklüzivlik və rifah qazanır. Dərslər əyləncəlidir və hər kəsə özünü fərd olaraq ifadə etmə imkanı yaradır. Dərslər hər bir kəsə uyğundur. Metodologiya ilə bağlı ətraflı detallarla DanceAbility Beynəlxalq veb-saytında tanış ola bilərsiniz: www.danceability.com / www.dancebility.az

DA Metodologiya:

  • bütün növ bacarıqlarda olan insanları birləşdirir
  • sosial ünsiyyət və fiziki yenidən bərpaya münbit mühit yaradır
  • “səhv seçimlər mövcud deyil” əsaslı çalışmalar üzərinə qurulub
  • improvizasiya üçün məkan yaradır

DA Metodologiyasının Təməl Tapşırıqları:

  • müxtəlif növ bacarıqlardan olan iştirakçıların edə biləcəyi fəaliyyətlər çərçivəsində hərəkət improvizasiyasının təməl konseptlərinə giriş
  • iştirakçılara hər birinin hərəkət potensialından agah olması və ünsiyyət yaratması üçün bələdçilik etmək
  • kiçik və böyük qruplar daxilindəki fərdlər və partnyorlar üçün yeni hərəkətlər və oyunlar araşdırmaq
  • onların öz çıxış parçalarını hazırlamağa dəstək olmaq

DA Təliminin Faydaları:

  • ayrıcalığın dəfi
  • improvizasiya və yaradıcılıq imkanlarıyla təminat
  • ünsiyyət üçün yalnız şifahi yox, həm də bir sıra başqa yolların göstərilməsi
  • diqqətli və diribaş olmağın üzərində işləmək
  • dünyagörüşünün inkişafı (biz hamımız necə əlaqəliyik)
  • nisbilik üzərində təcrübə
  • bir-birinin fiziki və mənəvi bacarıqlarının və limitlərinin qəbul edilməsi və sosial nəzakətin öyrənilməsi
  • bir-birinə sevgi və hörmət bəslənməsi
  • əyləncə!

DA Dərslərinə Qatıla Bilər?

  • hər kəs (görmə əlilliyi, eşitmə əlilliyi, fiziki və əqli fərqliliklərdə olan insanlar, peşəkar və həvəskar rəqqaslar, habelə öz bədənini kəşf etməyə və ünsiyyət üçün müxtəlif vasitələrlə tanış olmağa maraqlı olan hər bir şəxs)

Mən Niyə Rəqs Bacarığı Təlimlərini Tədris Etmək İstəyərəm?

Mənim niyyətim insanlara onların müxtəlif reallıqlarla təmasa keçə biləcəyi, öz məhdudiyətlərini qəbul edərək onları aşacağı və bir-birinə hörmət edəcəyi mühit yaratmaqdır. Mən özüm də bir pedaqoq kimi fiziki imkanları necə müəyyən etməyi və ortaq məxrəcə necə gəlməyi öyrənmişəm, beləcə qrupdakı müxtəliflikdən asılı olmayaraq hər bir qrupu təcrid olunmayacağına dair təmin etmək istəyirəm. Mənim arzum hər kəsə əlçatan inklüziv cəmiyyət yaratmaqdır, harada ki, insanlar bir-birindən öyrənib, birlikdə yaradacaqlar.

Tipik DanceAbility Təlimi Necə Olur?

Təlim dairə düzülüşü ilə başlayıb, bu düzülüşlə də sonlanır, 2-ci hissəyə isinmə hərəkətləri daxildir, 3-cü hissə isə çalışmalardan ibarətdir, hansılar ki, improvizə hərəkətlərlə tələbələrə rəqsdə ünsiyyət, əlaqə və formalaşmaya dair təməl mülahizələr təqdim edir. Dərslər boyu tələbələr əlaqə improvizasiyası və fiziki bacarıqlar arasında inteqrasiya yaradır. Fiziki bacarıqlar sadalanan çalışmalar əsasında kəşf edilir: yuvarlanma, impuls istifadəsi, təmin edilmiş bəlli bir struktur altında ağırlıq almaq, əyilmə qaydalarını öyrənmək və ağırlığını salmaq, balans yaratmaq, rahat vəziyyətə gəlmək və bədənin fiziki qayğısına qalmaq. Tələbələr sistematik improvizasiya və müzakirələr əsasında təcriddən uzaqlaşmaq və hərəkətlərlə ünsiyyat yaratmaqla bağlı biliklərini daha da inkişaf etdirirlər.