Buta Humanitar Uşaq Fondu

  “BUTA” Humanitar Uşaq Fondu (HUF) qeyri-hökumət, humanitar təşkilat olaraq, 1995-ci il 17 iyul tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdır.

   Təşkilatın missiyası qaçqın, məcburi köçkün, əlil və valideynlərini itirmiş uşaqların problemləri və onları əhatə edən  mühitlə  məşğul olmaqdır.        “BUTA”-nın fəaliyyətinin əsas istiqamətləri Psixo-sosial Reabilitasiya, İcmanın İnkişafı Proqramı, Gənclərin  problemləri, Təhsil, Tədqiqatlar, Xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. 50 yaxın beynəlxal və yerli layihələr həyata keçirib.Onlardan bəzilərini qeyd etmək istərddik: “Məcburi köçkün uşaqların psixo-sosial reabilitasiyası”; “İcma İnkişafı və Səfərbərliyi”; «Uşaqların uşaq evlərində psixo-sosial rifahının reabilitasiyası və onların bioloji ailələrə reinteqrasiyası»; «Valideynlərin qeyri-formal yığımlarının idarə edilməsi, məktəb büdcəsinin şəffaflığı»; “İcmaların biznes imkanlarının və sosial vəziyyəti öyrənmək”; “Qafqazda Mədəniyyətlərarası Əməkdaşlıq”; “Sosial cəhətdən həssas uşaqların mövcud təhsil problemlərinin monitorinqi və problemin həlli üçün sitimullaşdırıcı tədbirlər”; “İnteqrasiya vasitəsi ilə əlillik haqqında stereotiplərin aradan qaldırılması”; “Bərabər hüquqlar, bərabər imkanlar”; “Əlilliyi olan insanların cəmiyyətə inqrasiyası”; “Əlilliyi olan insanların bərabərlik üzrə vəkillik: Maneəsiz mühit”; “Yaradıcılıq – inteqrasiyaya doğru”  və s.

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

“BUTA” Humanitar Uşaq  Fondu  aşağıda qeyd olunan şəəbəkələrinin üzvüdür:

  • CNC uşaqlara dəstək Kavkaz şəbəkəsi
  • Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı.
  • Təhsilə Bərabərlik QHT Alyansı.