Ana səhifə

"HƏSSAS TƏBƏQƏDƏN OLAN İNSANLARIN SOSİAL EHTİYACLARININ QARŞILİNMASI"​ PROQRAMI

UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı tərəfindən hazırlanaraq tətbiq olunur.

Avropa Birliyi tərəfindən maliyyələşdirilir.

TƏŞKİLAT MÜRACİƏT EDİB
TƏŞKİLAT SEÇİLİB
Görüş

“HƏSSAS TƏBƏQƏDƏN OLAN İNSANLARIN SOSİAL EHTİYACLARININ QARŞILİNMASI”

  • UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı tərəfindən hazırlanaraq tətbiq olunur.
  • Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilir.

Bu proqramın əsas məqsədi etibarlı Vətəndaş Cəmiyyəti Təşkilatlarını təbliğ etməklə, dövlət və vətəndaş cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsidir.

Xidmət təminatçıları insan hüquqlarınının qorunmasını gündəlik işləri ilə daimi olaraq təmin etsələr də, siyasət quruculuğunda nadir hallarda iştirak edirlər. Bəzi ixtisaslaşmış QHT-lərin həssas təbəqənin ehtiyaclarını ödəmək üçün müasir yanaşmalar tətbiq etmələrinə baxmayaraq, onların təcrübəsi geniş yayılmayıb və ya təsir gücünə malik deyil.

QHT-lər kifayət qədər zəif, qeyri-mütəşəkkildirlər və nadir hallarda araşdırılmağa hazırdırlar. Bu isə o deməkdir ki, onların səsi eşidilmir və ya sui-istifadəçi deyilərək fəaliyyəti tanınmır. UAFA QHT-lər və vətəndaş cəmiyyəti təşkilatları haqqında yaranmış bu fikirləri yüksək standartlar və keyfiyyətli nəticələr kimi yeni reputasiya ilə əvəzləmək arzusundadır. Bu korlanmış reputasiyanı bərpa edəcək və QHT icmasını səfərbər edəcəkdir.

UAFA bu nüfuzu aşağıdakı vasitələrlə yenidən qazanmağa çalışacaq:

  • Seçilmiş QHT-lərin sübut olunmuş təcrübələrinə əsaslanmış yeni siyasəti təşviq edəcək müvəkillik strategiyasını həyata keçirmək
  • Bu təcrübə və siyasətlə bağlı tövsiyələri dəstəkləmək və müzakirələr aparmaq üçün real vaxt rejimində (onlayn) vasitələrdən istifadə etmək
  • Siyasət qurucuları ilə görüşlər və dəyirmi masalar təşkil etmək

Layihə bütün iştirakçıların bu addımları birgə yerinə yetirməsi üçün hazırlanmışdır. Bu eyni zamanda etimad və nüfuzun artmasına şərait yaradacaq, şəffaflıq təcrübələrini gücləndirəcəkdir.

Facebook blogerləri Azərbaycanda çox nüfuzludurlar və bir çoxları ənənəvi QHT-lərin malik olmadığı inamı qazanmışlar. Biz onların fəaliyyətini öyrənib təcrübələrindən istifadə edəcəyik.

Layihənin xüsusi məqsədləri aşağıdakı sahələrdə vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarının təkmilləşdirilməsinə yönələcəkdir:

  • Birbaşa xidmət təminatı üçün hesabatlılıq standartlarını təkmilləşdirmək və birbaşa xidmət təminatı haqqında aidiyyatlı sosial siyasət sahələrinə hesabat vermək
  • Keyfiyyət nəticələri üçün nüfuz və etimad qazandıran texniki və mütəxəssis bacarıqlarını inkişaf etdirməklə sosial xidmət təminatının peşəkar standartlarını artırmaq

1. “Gənclərin Sosial İnkişafına dəstək” İctimai Birliyi
2. Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüqüqunu Mudafiyə Cəmiyyəti
3. “Mədəniyyət və İncəsənət Əsirlərin Müəlliflərinə dəstək” İctimayı Birliyi
4. “Sağlamlığa Xidmət” İctimai Birliyi
5. “Qadın Təşəbüsü və Sosial Problemlərin həllinə yardım” İctimayi Birliyi
6. “Odlar Yurdu” Gənclər İctimai Birliyi
7. “Qadın və gənc ailələrin sosial inkişafı” İctimayi Birliyi
8. “Damla” İctimai Birliyi
9. Equals Baku/ Human Foundation
10. “Təmiz Dünya Qadınlara Yardım” İctimayi Birliyi
11. “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyi
12. “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi
13. İnsan Hüquqları İnstitutu
14. Gəncə Regional Qadın Mərkəzi
15. Qadın Resurs Mərkəzi
16. Buta Humanitar Uşaq Fondu
17. SAY İctimai Birliyi
18. Dance Ability Azərbaycan
19. Gülsam təşkilatı

Təlimlərdən şəkillər

QHT-lər üçün PR, Marketinq və Sosial Media təlimi