Tarixçə

Aşağıdakı məlumatlar UAFA-nın 1998-ci ildən bəri toplanmış bilik, bacarıq və imkanlarını əks etdirir.

AZƏRBAYCANA BİRGƏ YARDIM TƏŞKİLATI – UAFA

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda Sosial Həyatın uzunmüddətli inkişafına kömək” missiyası ilə 1998-ci ildə təsis edilmişdir. Birləşmiş Krallıqda qeydiyyatdan keçməsinə baxmayaraq UAFA yalnız Azərbaycanda yerli QHT kimi fəaliyyət göstərir.

1998-ci ildən bəri UAFA həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir QHT-ə çevrilmişdir. Bizim uzunmüddətli məqsədimiz Azərbaycan Hökuməti və cəmiyyəti üçün bilik mübadiləsi və siyasət dəstəyi məsələlərində BK/Avropa ilə əlaqələri olan davamlı bir resurs olmaqdır.

UAFA-NIN MİSSİYASI

UAFA-nın ən mühüm missiyalarından biri budur ki, biz nikbinliyi, inamın fəaliyyət yolu ilə formalaşdırılmasını dəstəkləyir, yalnız nikbin düşüncə, hərəkət və sözlərlə mürəkkəb bir mühitdə nəyisə dəyişə biləcəyimizə inanırıq. Bu, bizim işimizin əsasında duran və UAFA-nı fərqləndirən başlıca prinsipdir; bu nikbinlik daha da güclənir və bizə daha çox yerli dəstəyin gəlməsinə səbəb olur, bu dəstək isə, öz növbəsində, təşkilatımızın daha çox sayda uşaq və ailəyə kömək edə bilməsinə imkan yaradır.
2001-ci ildən bəri bizim uzunmüddətli məqsədlərimiz aşağıdakılardır:

  • De-institusionalizasiya təşəbbüsləri vasitəsilə dövlət himayəsində olan uşaqların sayının azaldılması
  • Dövlət himayəsində qalan uşaqlar üçün institusional qayğı səviyyəsinin yüksəldilməsi
  • Uşaq qayğı müəssisələrinə alternativ olaraq xüsusi müdafiəyə ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin inkişaf etdirilməsi

TƏSİSÇİ – QVEN BÖRÇELL MBE (Britaniya İmperiyasının Ordeni Kavaleri)

  • 25 sentyabr 1972-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur; 28 noyabr 2003-ci ildə anadan olmuş bir oğlu var
  • 1994-cü ildə Kent Universitetində Təhsilin İdarə Olunması ixtisası üzrə bakalavr dərəcəsini almışdır
  • 2009-cu ildə London İqtisadiyyat Universitetində Sosial Siyasət və Planlama üzrə magistr dərəcəsi almışdır
  • 1998-ci ilin fevral ayında ailə dostlarının £500 həcmində olan ianəsi ilə UAFA-nı təsis etmişdir
  • Azərbaycan ilə bağlı ailə tarixçəsi – atası Maykl Börçell ilk dəfə 1992-ci ildə Azərbaycana gəlmişdir və SOCAR-ın Neft və Qaz layihələrində çalışmışdır

Qven Börçell MBE ordenini Yeni İldə Təltiflər Siyahısında “Azərbaycanda xüsusi təhsil sahəsindəki xidmətləri”nə görə layiq görülmüş, 2004-ci ilin iyun ayında Kraliça tərəfindən təltif edilmişdir.

  • Birləşmiş Krallıqda Sosial Dəyişiklik İdarəsi tərəfindən təsis edilmiş “Influencer” Mükafatının 2012-ci ilin ikincisi olmuşdur
  • Sosial investisiya üçün təxminən 5 milyon dollar vəsaiti və könüllü dəstəyi, oyuncaq və avadanlıqlar, mütəxəssis köməyi və s. kimi çox və daha böyük həcmli ianəni şəxsən toplamışdır.
  • Azərbaycanda minlərlə əlilliyi olan və aztəminatlı uşaq və ailəyə birbaşa yardım göstərmişdir.

KOMANDA

UAFA-nın güclü və sadiq komandası var və bəziləri 1998-ci ildən bu günə qədər bu komandada çalışır. Hesab edirik ki, bu fakt UAFA-da mövcud olan səciyyəvi mədəniyyətin ən bariz göstəricisidir. Fikrimizcə, heyətimizdəki işçilərin əksəriyyəti sadəcə maaş deyil, həm də gördüyü işdən zövq almaq azadlığı verən mühitdə işlədiklərini başa düşürlər. UAFA bir çox insanlara özünü kəşf etməsinə, karyerasını inkişaf etdirməsinə və xaricdə təhsil almasına və ya beynəlxalq QHT-lərə keçməsinə, ən önəmlisi, öz həmyaşıdları arasında hörmət qazanmasına imkan yaratmışdır.
2011-ci ildə Norveçin “JOY” QHT-si ilə qurulan tərəfdaşlıq UAFA tərəfindən Bakıda ixtisaslı xidmət mütəxəssislərinin hazırlanmasına kömək edəcək davamlı kiçik müəssisəyə çevrilmək məqsədi daşıyan qeyri-kommersiya təyinatlı JOY Uşaq İnkişaf Mərkəzinin yaradılmasına imkan verdi. Norveçli mütəxəssislər il ərzində 3 dəfə Bakıya səfər edərək 2-si xarici olmaqla 6 nəfər mütəxəssisdən ibarət komandaya təlimlər və ailə konsultasiyaları keçiriblər.

Artıq 2014-cü ildə UAFA-nın Bakı, Xəzər rayonu, Sumqayıt, Siyəzən, Xaçmaz, Gəncə, Şəmkir, Lənkəran, Biləsuvar və Cəlilabad rayonlarında işləyən təxminən 70 nəfərlik mütəxəssis heyəti vardır.

TIMELINE : UAFA : TARİXÇƏ

İLLƏR

2012

2013

2014

Birbaşa/Dolayı

Birbaşa

Dolayı

Birbaşa

Dolayı

Birbaşa

Dolayı

İcma əsaslı reabilitasiya

509

510

629

797

510

1250

Sosial iş – hallar üzrə

292

653

1207

1260

824

878

Məktəbəqədər xidmətlər

368

285

333

245

290

245

İnstitusional qayğı

160-300

160-300

160-300

YEKUN

1329

988

2329

2302

1784

2373

ƏSAS YEKUN

2317

6960

4157

 

UAFA-nın Azərbaycan Hökuməti ilə əməkdaşlıq nəticəsində təklif edilmiş Pilot Layihələri:

İƏRM (İcma Əsaslı Reabilitasiya Mərkəzi) modeli – 2004-cü ildə Bakının Yasamal rayonunda, Xaçmaz və Gəncədə yaradılmış və hazırda şəxsi ianələr hesabına maliyyələşdirilərək xidmət göstərir. Mərkəz 10 il ərzində 2500 uşaq və ailə ilə bilavasitə işləmişdir. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanan müqavilələr əsasında hər il əlilliyi olan 300 uşaq və onların ailəsinə dəstək olmaq üçün daha üç rayonda – Cəlilabad, Şəmkir və Biləsuvarda İƏR mərkəzləri yaradılmışdır.

Aşağı məsrəfli Məktəbəqədər Təhsil ÖDQ (Özünə Dəstək Qrupu) modeli 17 kənddə aztəminatlı ailələrdən olan 500-dən çox uşağı məktəbəqədər təhsil xidmətləri ilə təmin etmişdir. Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş bu modelin 2015-ci ildə Dövlət maliyyələşdirməsi yolu ilə 51 kənddə tətbiq edilməsi planlaşdırılır.

Sosial İş modeli – 6 regionda əlillik, kasıblıq və məkan səbəbindən ailə sabitliyinin pozulması təhlükəsinin olduğu halların  idarə edilməsi yollarını göstərən kiçik sosial işçi qruplarının yaradılması – iki il ərzində (2013/2014-cü illər) 4737 nəfər sosial işçinin müdaxiləsinə ehtiyacı olan insana dəstək verilmişdir.

UAFA tərəfindən uşaqlar və ailələrlə aparılan bütün birbaşa işlər standartlaşdırılmış qiymətləndirmə və iş materiallarında qeydə alınmışdır, bu isə o deməkdir ki, bütün xidmətlərimizlə bağlı tam təfsilatlı məlumat bazamız vardır.

2010: Maliyyə Nazirliyi: Xidmət Təminatçıları kimi QHT-lərin Dövlətlə Sazişləri üçün pilot layihə
2012: Səhiyyə Nazirliyi: UAFA-nın başçılığı ilə mütəxəssis heyəti tərəfindən bir il ərzində görülmüş işlərdən sonra 2013-cü ildə təsdiq edilmiş Erkən Müdaxilə üzrə KLİNİK PROTOKOL

2012: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Xidmət Təminatçıları kimi QHT-lərin Dövlətlə Sazişləri, İcma Əsaslı Reabilitasiya, Sosial İş, 3 və 7 saylı internat evlərində islahatlar

2014: Təhsil Nazirliyi: Aşağı məsrəfli məktəbəqədər təhsil modelinin genişləndirilməsi

2001-ci ildən bəri Qven Börçell və UAFA heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Kommissiyası ilə birlikdə qanunvericiliyin müasirləşdirilməsi istiqamətində yaxından əməkdaşlıq etmiş, tam Parlament sessiyasında, daha sonra isə 2012-ci ildə Uşaqların Mühafizəsi üzrə Parlamentin xüsusi iclasında çıxış edən ilk QHT nümayəndəsi olmuşdur. UAFA aşağıdakı qanunlar üzərində təsirə malik olmuşdur:

  • Əlilliyi olan uşaqların təhsili üzrə qanun (2001-ci il)
  • Ailə Məcəlləsi (bütün uşaq və ailə qanunvericiliyinin əsası) (2007-ci ildən başlayaraq)
  • Xüsusi Sosial Xidmətlər üzrə Qanun (2012-ci il)
  • Əlillik üzrə Qanun (2014/2015-ci illər)

MALİYYƏLƏŞDİRMƏ

Bu günə qədər biz:

  • Bakı Kaledoniya Cəmiyyəti, İrlandiya Cəmiyyəti, Alman Biznes Qrupu və Sosial Komitəsi, “Rotary Khazar” və “Rotary Baku”, HOMS, IWC, “Baku Bears”, “Baku Sharks” kimi əcnəbi cəmiyyətlərin uzunmüddətli və davamlı dəstəyini qazanmış,
  • Britaniya Səfirliyi, Almaniya Səfirliyi, Polşa Səfirliyi, Azərbaycanın Londondakı Səfirliyinin dəstəyini əldə etmiş,
  • “Bakcell”, “Pasha Bank”, “Azersun”, “Pasha Travel”, “BP”, “Aker”, “Statoil”, “Beauttech”, “Nobel Oil”, “Boeing”, “Maersk”, “AA Services”, “Rapid Solutions”, “Nargiz Magazine”, “Synergy Group”, “Yapi Kredi Bank” kimi şirkətlərin korporativ dəstəyini əldə etmiş və bu günə gədər əldə etməkdədir,
  • Avropa Birliyi, Dünya Bankı, GHR Fondu, ATƏT, UNICEF, UNESCO, “BIG Lottery Fund” və bu kimi beynəlxalq təşkilatlardan qrantlar qazanmışıq.

İCTİMAİ ƏLAQƏLƏR – SOSIAL MEDIA

Sosial mətbuat fandreyzinq təşəbbüslərimizin ayrılmaz hissəsidir. Azərbaycanda “Facebook” bir nömrəli kommunikasiya vasitəsidir – belə ki, məlumatlandırma baxımından hədəf kütləmizə daxil olan insanların böyük əksəriyyəti “Facebook”dan istifadə edir və biz bu vasitədən istifadə etməklə, demək olar ki, gündəlik qaydada, öz işlərimiz barədə məlumatları bölüşürük. UAFA-nın səhifəsində artıq 16.000-dən çox izləyici miz var. İnstagrama isə 21 Mart 2015-ci ildə qoşulmuşduq. Facebook, Instagram, Website, Tweeter, Youtube

ƏSAS TÖVSİYƏLƏR

  • Uşaqların rifahı və Əlillik ayrı-ayrı nazirliklər tərəfindən həll edilməsi mümkün olmayan, Prezident Aparatına və ya Nazirlər Kabineti yanında xüsusi olaraq yaradılmış İdarəetmə Komitəsinə hesabat verilməsini və yüksək səviyyəli koordinasiyanın qurulmasını tələb edən iki kompleks məsələdir.
  • Ehtiyaclara əsaslanan planlama regional səviyyədə aparılmalı, səlahiyyətlər rəqəmsal idarəetmə sistemi vasitəsilə koordinasiya edən səhiyyə, təhsil və sosial müdafiə departamentlərinin sosial işçilərinin icma əsaslı yeni qrupuna verilməlidir.
  • İşçi heyət ali təhsil səviyyəsində yeni kurslarda təlim keçməli, müvafiq Nazirliklər tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir.
  • Yeni olduğu üçün bu ixtisaslar üzrə peşəkar qiymətləndirmə QHT və Nazirlik mütəxəssislərindən təşkil olunmuş orqan tərəfindən fəaliyyət səmərəliliyi göstəricilərindən istifadə etməklə uşaq və ailələrdən əldə olunmuş nəticələr əsasında aparılmalıdır.

UAFA-nın İLLƏR ÜZRƏ XRONOLOGİYASI

1998-ci il
Yardım yönümlü ilkin layihələr əsasən Saatlı rayonunda qaçqın və məcburi köçkün əhaliyə kömək məqsədi daşıyırdı.

1999-cu il
Şüvəlanda 16 saylı internata səfər etdikdən sonra biz uşaq evlərində yaşayan uşaqlara geyim, ərzaq və binanın təmiri kimi işlərdə yardım etməyə başladıq.

2000-ci il
“Uşaq evlərindəki vəziyyətin təhlili” həyata keçirildi: nəticələr göstərdi ki, uşaqların 70%-dən çoxunun bir və ya hər iki valideyni yaşayır. Əlilliyi olan uşaqlar daha həssas idilər; bütün günü yataqda tək qalır, böyüklərlə yalnız yemək və ya paltarı dəyişdirilən zaman hər hansı ünsiyyətdə olurdular.
Gənclikdə Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Psixo-Nevroloji Körpələr Evində əlilliyi olan uşaqlara necə qayğı göstərilməsi və bacarıqlarının necə inkişaf etdirilməsinə dair işçi heyətə yenidən təlim keçilməsi ilə bağlı pilot layihə başlandı. Əmək terapiyası müasir reabilitasiya metodu kimi irəli sürüldü.

2001-ci il
Ailələrlə öz evlərində iş prosesi başlandı – bir ailənin uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən 4 yaşlı oğlunu uşaq evindən öz evlərinə qayıtmasına müvəffəqiyyətlə kömək etdikdən sonra.
UAFA Saray qəsəbəsində yerləşən ağır formada əlilliyi olan uşaqlar üçün 7 saylı internat evində işləməyə başladı – bu fəaliyyətini hazırda 2015-ci ildə də davam etdirir.  İşçi heyətə uşaqların inkişafının müasir metodları, təhsil və səhiyyə təşəbbüsləri, inkişafla bağlı idman növləri, de-institusionalizasiya konsepsiyası və alternativ xidmətlər barədə mütəmadi olaraq təlimlər keçirilir.

2002-ci il
“Uşaqların uşaq evlərində yerləşdirilməsinin (institusionalizasiya) səbəbləri” üzrə tədqiqat həyata keçirildi. Yoxsulluq, boşanma halları və əlillik müəyyən edilmiş əsas səbəblər sırasındadır.

2003-cü il
Mərdəkan/Şağan qəsəbəsində yerləşən ağır formada əlilliyi olan uşaqlar üçün 3 saylı internat evi ilə işləməyə başladıq – bu fəaliyyət hazırda 2015-ci ildə də davam etdirilir.

2004 – 2005-ci illər
3 il müddətində əlilliyi olan uşaqları evlərində ziyarət etdikdən sonra UAFA yerli İcra Orqanlarının dəstəyi ilə 3 regionda – Yasamal rayonu, Xaçmaz və Gəncədə İcma Əsaslı Reabilitasiya (İƏR) Proqramını yaratdı.

2006-cı il
Azərbaycan Respublikasının Prezidenti “Dövlət uşaq müəssisələrindən uşaqların ailələlərə verilməsi (De-İnstitusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramını imzaladı və UAFA bu proqrama nəzarət edən Nazirliklərarası Koordinasiya Şurasının üzvlüyünə dəvət edildi.

2007-ci il
UAFA Səhiyyə Nazirliyinin əməkdaşlığı ilə əlillik və inkişaf geriliyi hallarının erkən aşkar edilməsi sahəsində bacarıq və məlumatlılığın artırılması məqsədilə Erkən Müdaxilə layihəsinə rəsmi olaraq başlamışdır. Bu layihənin icrasına Bakıda yerləşən iki uşaq poliklinikasında və bütün ölkəyə xidmət edən Uşaq Nevroloji Xəstəxanasında başlanmışdır.
UAFA sosial iş/halların idarə edilməsi və ailələrin yenidən bir araya gətirilməsi sahəsində mütəxəssis biliklərinin inkişaf etdirilməsi üçün üçillik proqrama başlayır.

2008-ci il
Yasamal rayonu, Xaçmaz və Gəncədə 250-dən çox uşaq UAFA-nın İƏR xidmətlərindən istifadə imkanına sahib olur.
ABŞ, BK və Gürcüstandan olan mütəxəssislərin iştirakı ilə Bakıda Erkən Müdaxilə üzrə ilk beynəlxalq konfrans keçiririk.

2009-cu il
Ay ərzində İƏR xidmətlərindən istifadə edən uşaqların sayı tipik uşaqlarla birlikdə 600-ə çatır.
Azərbaycanın müxtəlif bölgələrində Sosial Müdafiə departamentlərindən olan 18 nümayəndə Sosial İş üzrə təlim keçirlər. UAFA yerli səhiyyə, təhsil, sosial müdafiə və Azyaşlılar komissiyası departamentlərinin nümayəndələri ilə uşaq müdafiəsi üzrə nazirliklərarası qrupu yaratmağa başlayır.

2011-ci il
Erkən Müdaxilə üzrə klinik protokolların hazırlanması üçün İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlığa başladıq.
Xidmət təminatçıları kimi QHT-lərlə saziş bağlanmasına dair pilot layihə Maliyyə Nazirliyi tərəfindən qəbul edidi və Dövlət Büdcəsindən maliyyələşdirilməklə 2012-ci ilin əvvəlindən layihənin icrasına başlandı.
Azərbaycanda vəziyyətin beynəlxalq qanunvericiliyə uyğun səviyyəyə gətirilməsi məqsədilə əlilliyi olan uşaqlar üçün Minimum Qayğı Standartlarının ilkin layihəsi hazırlandı. Hələ də bu Standartların qəbul edilməsi gözlənilir.
UAFA Milli Məclis tərəfindən dekabr ayında qəbul edilmiş İxtisaslaşdırılmış Sosial Xidmətlər üzrə yeni qanunun icrasına dəstək məqsədilə texniki yardım qrupuna rəhbərlik edir.

2012-ci il
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi qayğıya ehtiyaclı uşaqlarla işləmək üçün UAFA-nın Yasamal rayonu, Xaçmaz və Gəncədəki İƏR mərkəzləri ilə saziş bağlayır. 2015-ci ilə qədər olan müddət ərzində bu əməkdaşlıq genişlənərək Biləsuvar, Cəlilabad və Şəmkir rayonlarını da əhatə etmişdir.

UAFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tam dəstəyi ilə 6 rayonda Sosial İş xidmətlərinə yenidən başlayır. Biz bu modelə əsaslanan uşaq müdafiə sisteminin bütün ölkədə tətbiqini dəstəkləyirik.
UAFA alternativ icma əsaslı məktəbəqədər təhsil xidmətlərini inkişaf etdirmək və yoxsulluq, ucqar kənd yeri və əlillik kimi səbəblərdən məktəbəqədər təhsil ala bilməyən məktəbəqədər yaşlı uşaqlar üçün səmərəli və aşağı məsrəfli model hazırlamaq üçün yeni bir layihə irəli sürür. Layihə Azərbaycanın 4 rayonunda – Lənkəran, Biləsuvar, Siyəzən və Sumqayıtda pilot formada həyata keçirilmişdir.
UAFA əlillik əlamətləri barədə məlumatlandırma üzrə ikinci kampaniya həyata keçirmiş və bu kampaniyanın hədəf kütləsi yalnız ictimai nəqliyyatdan istifadə edən insanları deyil, həm də şəhərdə vurulmuş çoxsaylı afişa və elektron reklam lövhələri vasitəsilə yollardan keçən insanları da əhatə etmişdir.

2013-cü ildən indiyədək– İƏR, Məktəbəqədər Təhsil və Sosial İş xidmətləri tam şəkildə qurulmuş və ölkə səviyyəsində yayılmaqdadır. UAFA qrupları 3 və 7 saylı internat evlərində ağır formada əlillikləri olan uşaqlarla işini davam etdirir.