Siyasi Bəyanat

1998-ci ildə ilk dəfə uşaq dövlət müəssisəsinə baş çəkdikdən sonra UAFA-nın əsas missiyasının məhz qayğı müəssisələrində olan uşaqların həyatlarının yaxşılaşdırılması və onların bu müəssisələrə qoyulmasının qarşısının alınması olması aydınlaşdı. 2000-ci ildə UAFA-nın orijinal tədqiqat işi işıq üzü gördü- Uşaq müəssisələrinin situasiya analizi. O vaxtdan bəri təşkilatımızın məqsədi aşağıdakılar olmuşdur:

  • Deinstitutionalizasiya nəticəsində dövlət himayəsində olan uşaqların sayının azaldılması
  • Qayğı Standartlarının tətbiqi vasitəsilə dövlət himayəsində olan uşaqlar üçün institusional qayğının səviyyəsini qaldırmaq
  • İnstitutlara alternativ olaraq xüsusi müdafiəyə ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin yaradılması

UAFA tədqiqat, xidmətlər və müvəkillik fəaliyyətlərini bir araya gətirərək uşaq rifahı sahəsində islahatlara çalışır. Bizim işimiz əsasən təhsil, səhiyyə və sosial müdafiə kimi sosial siyasət sektorları ilə kəsişir.