Qayğı Müəssisələrində Uşaqlar

1989-cu ildə Rumınyada Çauşeçku rejimi dönəmində qayğı müəssisələrində uşaqların dəhşətli pis şəraitdə saxlanması faktı dünyanın diqqət mərkəzinə gələndən bəri fərdlər, xeyriyyə müəssisələri və beynəlxalq qurumlar uşaqların müəssisələrdə yerləşdirilməsininin qarşısını almaq üçün səylər göstərirlər. Ekonomist qəzetində dərc olunan bir məqalədə (Avqust 2013) deyilir ki, post-Sovet məkanında gedən de-institusionalizasiya səyləri müəyyən nəticələrə nail olsa da çox ləng prosesdir və hələ də minlərlə uşaq dövlətin himayəsindədir və onların əksəriyyəti əlilliyi olan uşaqlardır.

Media qurumları da bu uşaqların həyatlarını davamlı olaraq diqqət mərkəzinə qoyur və böyüklərin bütün bunların baş verməsinə necə göz yummasını sorğulayır. UAFA-nın Azərbaycanda bir çox sosial müəssiələrlə iş təcrübəsi deməyə əsas verir ki, institutsional qayğı sistemi uşaq qayğı sistemini insansızlaşdırıb və böyüklər ən çox hallarda təmizlikçi kimi orada fəaliyyət göstərirlər. 2001-ci ildən etibarən UAFA əlilliyi olan uşaqlar üçün nəzərdə tutulmuş iki müəssisə ilə işləyir. Təlimləndirilmiş uşaq inkişaf mütəxəssisləri və könüllülər hər gün uşaqlara öz potensiallarını inkişaf etdirmək üçün şans yaratmaqdan ötəri onlarla işləyirlər. Biz aşağıdakı xidmətləri göstəririk:

  • Oyun, erqoterapiya və aktiv öyrənmə vasitəsilə reabilitasiy sessiyaları
  • İncəsənət və musiqi fəaliyyətləri
  • İdman terapiyası
  • Aşbazlıq və bağçılıq fəaliyyətləti
  • Xüsusi təhsil

Bizim məqsədimiz Minimum Qayğı Standartlarını müəyyən edib tətbiq etmək və sosial müəssisələrin daimi məskunlaşma yeri yox, reabilitasiya yeri olmasına keçid etmələrində onlara köməklik etməkdir.