QHT – NGO – НПО

DİQQƏT!! Həssas təbəqədən olan insanların sosial ehtiyaclarının qarşılanması üçün YENİ PROQRAM!!

Hər gün mediadan suiqəsd, məişət zorakılığı, uşaqlara qarşı zorakılıq və uşaqdan imtina, boşanma, şərəf və ləyaqətin tapdanmasına görə qətllər, küçə heyvanları ilə bağlı problemlər, ətraf mühitin çirklənməsi/vurulan ziyan və digər bu kimi ciddi sosial problemlərlə bağlı xəbərlər oxumaqdayıq.
Cəmiyyət olaraq bu problemlərin yeni həll yollarını tapmalıyıq.

Beləliklə, sizi UAFA təşkilatı tərəfindən hazırlanmış yeni bir proqramda iştiraka dəvət edirik.
Bu proqramın məqsədi – həssas təbəqədən olan insanların sosial ehtiyaclarının qarşılanması yönümündə çalışan QHT/xidmət təminatçılarını bir araya gətirərək, onların birlikdə inkişaf etməsi və missiyalarını uğurla həyata keçirmələri üçün əlaqəli fəaliyyət göstərməsidir.

UAFA təşkilatı səhiyyə, təhsil, sosial rifah, hüquqların müdafiəsi, yuvenal ədliyyə, uşaq müdafiəsi, ətraf mühit, işsizlik, sosial inklüziya, əlillik, gender sahələri üzrə əhaliyə birbaşa xidmət göstərən QHT və digər Vətəndaş Cəmiyyəti Təşkilatlarından müraciətlər gözləyir.

Bu yeni proqramda UAFA ilə şəffaf və hesabatlı tərəfdaş kimi işləməyə hazır olan 5-8 təşkilat seçiləcəkdir. Biz vətəndaş cəmiyyəti təşkilatlarının davamlı fəaliyyəti üçün #yeni #yanaşma #modeli yaratmağı nəzərdə tuturuq.

Seçilmiş təşkilatlara aşağıdakı sahələr üzrə təlimlər keçiriləcək:
• Maliyyə hesabatlılığı
• Xidmət təminatının etika və standartları
• Xidmət təminatının monitorinq və qiymətləndirilməsi
• Müvəkkillik və sosial siyasətin inkişafı

Növbəti mərhələdə isə UAFA bu təşkilatların təlimlərdə əldə olunmuş bilikləri təcrübədə tətbiq etməsində mütəmadi praktiki dəstək verəcəkdir (mentorluq).

UAFA seçilmiş təşkilatların potensial #maliyyə #təminatına, #ictimai #nüfuzunun daha da möhkəmlənməsinə və #siyasətin formalaşdırılması sahəsində #müvəkkillik fəaliyyətlərinə dəstək verəcəkdir.

Təşkilatlar aşağıdakı kriteriyalara cavab verməlidirlər və seçim zamanı bu kriteriyalara uyğunluq ciddi nəzərə alınacaq:
• Sosial müdafiə səhəsində fəaliyyət
• Siyasi cəhətdən neytral
• Şəffaf maliyyə idarəetməsi
• Həssas təbəqə qruplarına göstərilən xidmətləri əks etdirən məlumat bazası
• Fəaliyyət göstərdiyi sahəyə aid siyasət barədə məlumatlı olmaq
• Fəaliyyət göstərdiyi sahədəki siyasət məsələlərində yazılar və müvəkkillik işi nümunələri
• Fəaliyyət göstərdiyi sahədə digərləri ilə əməkdaşlıq göstəriciləri

Təskilatınızın sadalanan kriteriyalara uyğun olduğu fikrindəsinizsə və bu proqramdakı iştirakınızın gələcəkdə vətəndaş cəmiyyətinə müsbət dəyişikliklər gətirəcəyini düşünürsünüzsə office@uafa.az müraciət etmənizi xahiş edirik.

Son müraciət tarixi: 08 sentyabr 2017

ATTENTION!! NEW PROGRAMME  for Meeting social needs of vulnerable populations.

“Every day we read media stories about young people committing suicide, victims of domestic violence, child abuse and abandonment, divorce and honour killings, problems with street animals, environmental damage and other serious social problems. As a society, we must find new solutions to address these problems.

This is a new program that has been developed by UAFA in order to support the development of a small group of NGOs/service providers that are meeting the social needs of vulnerable populations but who need help to grow and coordinate with other like-minded organisations.

UAFA would like to hear from NGOs and civil society organisations that provide services directly to the population in the areas of health, education, social welfare, (juvenile) justice, child protection, environment, unemployment, social inclusion, disability and gender.

Under this new program, UAFA will select 5-8 organisations that are ready to work with UAFA as transparent and accountable partners. We will create a new model of conduct for the sustainability of civil society organisations.

Selected organisations will receive training in the following:
• Financial accountability
• Ethics and standards of service delivery
• Monitoring & evaluation of service provision
• Advocacy & policy development

After training, selected organisations will be mentored by UAFA to put the trainings into practice.

UAFA will support the selected organisations to access potential funding, to improve their public image and to advocate on policy issues.

Selection criteria will be rigorous. You must be able to demonstrate the following:
• Commitment to social cause but politically neutral
• Transparency in financial management
• Track record in service provision that reaches vulnerable groups
• Understanding the policy framework in your specialist area
• Some evidence of writing or advocating on a particular policy issue
• Some evidence of cooperating with partners in your specialist sector

If you think that your organisation can meet these criteria, and you are ready to get involved in a program that may bring more positive benefits for civil society in future, then please contact office@uafa.az

Deadline for application: 08 September 2017

ВНИМАНИЕ!! НОВАЯ ПРОГРАММА для удовлетворения социальных потребностей уязвимых слоев населения!

Каждый день в средствах массовой информации мы читаем истории о бытовом насилии, насилии в отношении детей и жестоком обращении с детьми, отказе от ребенка, разводе, убийствах из-за задетой чести и достоинства, жестоком обращении с бродячими животными, загрязнении и ущерба окружающей среды и других серьезных социальных проблемах.
Как цивилизованное (цивильное) общество, мы должны найти пути решения этих проблем.

Итак, мы приглашаем вас принять участие в новой программе, разработанной организацией UAFA. Цель этой программы состоит в том, чтобы объединить НПО/поставщиков услуг, работающих в сфере оказания услуг по удовлетворению социальных потребностей (нужд) уязвимых слоев населения, и совместно работать над разработкой и реализацией своей миссии.

UAFA ждет заявок от всех НПО и организаций гражданского общества, которые непосредственно работают в сфере оказания услуг населению в области здравоохранения, образования, социального обеспечения, защите прав детей, ювенальной юстиции, защиты окружающей среды, борьбы с безработицей, социальной инклюзии, инвалидности, гендерного равенства и др.

Для участия в этой программе будут выбраны 5-8 организаций, готовыx работать в качестве прозрачных и подотчетных партнеров UAFA.

Мы планируем создать новый подход для устойчивого функционирования организаций гражданского общества.
Отобранные организации будут проходить подготовку по следующим направлениям:
• Финансовая отчетность
• Этические принципы и стандарты предоставления услуг
• Мониторинг и оценка предоставления услуг
• Лоббирование и развитие социальной политики

На следующем этапе UAFA будет оказывать регулярную практическую поддержку этим организациям в применении полученных на тренингах знаний на практике (менторинг).

UAFA будет поддерживать потенциальную финансовую гарантию отобранных организаций, оказывать поддержку в укреплении их общественного авторитета и деятельности по лоббированию разработок в области социальной политики.

Организации должны соответствовать определенным критериям, которые будут строго учитываться при выборе для участия в программе:
• Деятельность в области социальной защиты
• Политическая нейтральность
• Прозрачный финансовый менеджмент
• Информационная база услуг, оказываемых уязвимым группам
• Быть информированным в области социальной политики и других сфер деятельности
• Примеры заметок, статей и лоббирования касательно вопросов политики в сфере деятельности
• Показатели сотрудничества с другими организациями в сфере деятельности

Если вы считаете, что ваша организация соответствует перечисленным критериям и ваше участие в программе принесет позитивные изменения в деятельность организаций гражданского общества, свяжитесь с нами: office@uafa.az
Крайний срок подачи заявок: 08 сентября 2017 года

23 Avqust 2017-ci il tarixində elan etdiyimiz “Həssas təbəqədən olan insanların sosial ehtiyaclarının qarşılanması üçün” yeni proqram ilə bağlı UAFA-ya aşağıdakı QHT və Vətəndaş Cəmiyyəti Təşkilatları iştirak etmişdilər. Onların siyahısını sizlərə təqdim edirik.

  1. “Gənclərin Sosial İnkişafına dəstək” İctimai Birliyi
  2. Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüqüqunu Mudafiyə Cəmiyyəti
  3. “Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə dəstək” İctimayı Birliyi
  4. “Sağlamlığa Xidmət” İctimai Birliyi
  5. “Qadın Təşəbüsü və Sosial Problemlərin həllinə yardım” İctimayi Birliyi
  6. “Odlar Yurdu” Gənclər İctimai Birliyi
  7. “Qadın və gənc ailələrin sosial inkişafı” İctimayi Birliyi
  8. “Damla” İctimai Birliyi
  9. Equals Baku/ Human Foundation
  10. “Təmiz Dünya Qadınlara Yardım” İctimayi Birliyi
  11. “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyi
  12. “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi

14 Sentyabr 2017-ci il tarixdə, saat 14:00-da UAFA-nın baş ofisində onlarla ilk görüş keçirildi və proqram haqqında ətraflı məlumat verildi.