İƏR əlilliyi olan insanların (ÜST, BƏT və UNESCO-nun 2004-cü ildə birgə bəyanatında verilən tərifə müvafiq olaraq) reabilitasiyası, onlar üçün bərabər imkanların yaradılması, yoxsulluğun azaldılması və onların sosial cəhətdən inteqrasiya olunması üçün işlənib hazırlanmış bir strategiyadır.
İƏR haqqında 5 önəmli məqam:
- İƏR proqram yanaşmasıdır, reabilitasiya metodu deyil;
- İƏR proqramlarına mərkəz-əsaslı reabilitasiya, ev-əsaslı reabilitasiya, ictimai maarifləndirmə, uşaqların və ailələrin yetkiləndirilməsi, erkən müdaxilə xidmətləri, inkluziv təhsil xidmətləri, istirahət və idman fəaliyyətləri vasitəsilə sosial inteqrasiya və s. daxildir;
- İƏR əlilliyi olan uşaqlar və yeniyetmələr üçün imkanların yaxşılaşdırılması üçün bütün icmanı cəlb edir;
- İƏR əsas bacarıqların icma işçilərinə ötürülməsinə əsaslanır ki, bu da uzun müddət ərzində proqramın dayanıqlı olmasına və daha da inkişaf etməsinə şərait yaradır;
- Valideynlərin və ailə üzvlərinin reabilitasiya və inteqrasiya prosesinə cəlb edilməsi də çox vacib məsələlərdəndir.
UAFA-nın İƏR təcrübəsi haqqında daha çox məlumat üçün aşağıdakı linkə daxil olun: http://dcidj.org/article/view/466