Təsisçinin Mesajı

 

Müəllimlər düşüncəmizi, həkimlər sağlamlığımızı, sosial işçilər isə həyatımızı formalaşdırmaqda cavabdeh şəxslərdirlər’ – bu fikri sosial iş keçmişinin olmadığı bir ölkədə yeni bir peşə haqqında açıqlama verməyə çalışarkən yazmışdım. Azərbaycandakı fəaliyyətimin bu qədər uğurlu olmasının səbəbi məhz əhaliyə yeni konsept və metodları anlamaq və uyğunlaşdırmaqda kömək olacaq sosial dəyişikliyi əyani göstərmək olmuşdur.

Bir çoxları mənim bir ölkədə bu qədər uzun müddət qalmağımın səbəbini soruşur, onların fikrincə şəxsi müvəffəqiyyət qazanmam üçün həmişə yer dəyişməliyəm. Məncə əksinə, real inkişaf əldə edənədək bu inkişafın tərkib hissəsi olmalısan. Qven Börçell ilk dəfə Azərbaycana 1997-ci ilin noyabrında səfər etmişdir. Məhz bu səfər onu 1998-ci ilin fevral ayında yenidən qayıdaraq UAFA təşkilatını yaratmağa ruhlandırdı. O vaxtdan bəri də Azərbaycanda yaşamaqda və işləməkdə davam edir. UAFA-nı təsis etməmişdən öncə Qven Börçell iki qeyri-kommersiya təşkilatında dəyərli təcrübə qazanmışdı. Bunlardan biri xəstəliyin terminal mərhələsində olan uşaqlar və onların ailələri üçün qayğı xidmətləri həyata keçirən xeyriyyə təşkilatının maliyyə vəsaitinin cəlb olunması departamenti, digər təşkilat isə emosional stresdən əziyyət çəkən, intihar riskli insanlara emosional dəstək verən “The Samaritans” xeyriyyə təşkilatı idi. Burada o iki il könüllü kimi çalışmışdı. UAFA-nın məqsədlərini və etik təməlini müəyyənləşdirməkdə hər iki təcrübənin Qven üçün böyük rolu olmuşdu.

Qvendolin Börçell bakalavr təhsilini Kent universitetində İdarəçilik İxtisası üzrə 1994-cü ildə almış, 2009-cu ildə isə London School of Economics-də Sosial Siyasət və Planlama üzrə magistr dərəcəsinə yiyələnmişdir. Qven Azərbaycanda xüsusi təhsil sahəsindəki xidmətlərinə görə 2004-cü ildə Böyük Britaniya kraliçası tərəfindən MBE (Britaniya İmperiyasının Üzvü) fəxri adına layiq görülmüşdür.

 

Interesting Links