Tez-tez soruşulan suallar

Icma Əsaslı Reabilitasiya Mərkəzi (Yasamal Mərkəzi)

Cavab: UAFA Yasamal İƏR mərkəzi həftənin 5 günü (şənbə və bazar qeyri-iş günü) saat 9.00-17.00-dək işləyir. Uşağın inkişaf səviyyəsinin qiymətləndirilməsinə əsasən fərdi inkişaf planı tərtib edilir, həftədə bir dəfə keçirilən 1 saatlıq fərdi və ya qrup məşğələsinə cəlb edilir. Həftənin qalan günlərində valideyn bu plana uyğun evdə uşaqla məşğul olmalıdır.
Cavab: UAFA təşkilatı humanitar təşkilatdır və maddi yardım göstərmir. Donorlar və sponsorlardan asılı olaraq ehtiyacı olan şəxslər haqqında müvafiq yerlərə məlumat verilir.
Cavab: ƏƏSM Nazirliyi ilə birgə 3 il öncə UAFA təşkilatının layihəsi çərçivəsində mütəxəssislərimiz tərəfindən evlərə səfər edilərək uşaqla evində fərdi məşğələlər keçirirdi. Lakin hazırda mərkəzdə bu xidmət nəzərdə tutulmamışdır. Valideyn övladının sosiallaşması və cəmiyyətə inteqrasiya etməsi üçün uşağı reabilitasiya mərkəzinə gətirməlidir.
Cavab: Yasamal İƏR mərkəzində sırf loqopedik xidmətlər göstərilmir. Mərkəzin uşaq inkişafı mütəxəssisləri tərəfindən bütün bacarıqlar qruplarını əhatə edən müasir reabilitasiya metodikalarından istifadə etməklə uşağın fərdi inkişaf planına əsasən məşğələlər keçirilir.
Cavab: mərkəzimizdə reabilitasiya işi 0-6 yaş arası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Lakin bundan əlavə 15 yaşından yuxarı yeniyetmə uşaqlar üçün qrafik üzrə hər həftə dərnəklərimiz keçirilir. Bunlar: rəqs, rəsm, teatr, foto və ingilis dili dərnəkləridir. Uşağın sosiallaşması üçün ailənin seçiminə və uşağın bacarıq və maraq dairəsinə uyğun olan dərnəklərdə iştirak edə bilərsiniz. Dərnəklərin fəaliyyət qrafikini mərkəzə zəng edib öyrənə bilərsiniz.
Cavab: Bəli, Bakı şəhərində 4 inklyüziv məktəb var (#220, #200, #246, #153) Məktəblər haqqında ailəyə məlumat verilir

Serebral İflic haqqında suallar

Cavab: – Təşkilatın hal-hazırda 5 rayonda (Bakının Yasamal rayonunda, Xaçmazda, Gəncədə, Biləsuvarda, Cəlilabadda) fəaliyyətdə olan İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzləri var. Bu mərkəzlərdə uşaqlara göstərilən reabilitasiya xidmətləri ilə yanaşı, valideynlərdən ibarət Valideyn Birlikləri də yaradılmışdır ki, bu birliyin üzvləri hər ay toplantı keçirərək, müxtəlif problemlərini müzakirə edir, birgə həlli yollarını araşdırır, şənliklər, bayram tədbirləri təşkil edir və s.Aylıq toplantılara mərkəz tərəfindən valideynlərin maarifləndirməsi və suallarının cavablandırması üçün müxtəlif sahələr üzrə – səhiyyə, hüquq, sosial müdafiə üzrə mütəxəssislər dəvət olunur. Bundan əlavə, təşkilatın uşaq inkişafı mütəxəssisləri tərəfindən valideynlərə mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına aid təlimlər keçirilir, UAFA-nın “Xüsusi ehtiyacı olan uşaqların inkişafına dair rəhbərlik” kitabı pulsuz verilir.
Cavab: – Serebral iflicli uşaqların hər birində beynin zədələnmə dərəcəsi və onun səbəbləri müxtəlif olur. Yenidoğulmuş uşaqların beyni çox həssas və elastik olduğuna görə aparılan reabilitasiya daha effektli olur. Elə bu səbəbdən serebral iflicli və ya digər inkişaf problemli uşaqlar üçün erkən müdaxilə birinci şərtdir. Bundan əlavə, müdaxilənin müntəzəm olması da çox vacibdir. Məsələn, aparılmış reabilitasiya nəticəsində uşaq müəyyən bacarıqları öyrənir, sonra isə uzun müddət ara verilir, nəticədə uşaq öyrəndiyi bacarıqları yenidən itirir. Təkrarən reabilitasiya mərkəzinə müraciət etdikdə, bu bacarıqların öyrənilməsinə yenidən başlamaq lazım gəlir. Təşkilatımızın İƏR mərkəzlərində müxtəlif dərnəklər fəaliyyət göstərir. Siz uşağın marağına uyğun olaraq onu rəsm, rəqs, teatr, foto və ingilis dili dərnəklərinin məşğələlərinə cəlb olunması üçün müraciət edə bilərsiniz. Bu həm uşağın inkişafına, həm də onun sosiallaşmasına köməklik edə bilər.