Məktəbə Qədər Təhsil

Rəsmi statistikaya əsasən hal-hazırda ölkə üzrə 0-6 yaş uşaqların 23 %-i məktəbəqədər təhsilə cəlb olunub. Bu da 0-6 yaşlı uşaqların 77%-nin məktəbəqədər təhsildən kənarda qalması deməkdir. Səbəblər isə:
- YAŞADIĞI ƏRAZI
- YOXSULLUQ
- ƏLILLIK
- MƏKTƏBƏQƏDƏR TƏHSIL MÜƏSSISƏLƏRININ (UŞAQ BAĞÇALARININ) AZLIĞIDIR

Məqsədimiz vətəndaşların, ailələrin və dövlətin diqqətini bu katastrofik rəqəmə yönəltməklə daha dərindən düşündürmək və maliyyə vəsaiti qaldırmaqdır.

2010-2012-ci illərdə, Avropa Birliyinin maliyyə dəstəyi ilə UAFA 4 regionda (Sumqayıt, Siyəzən, Biləsuvar, Lənkəran) Özünə Dəstək Qrupları vasitəsilə məktəbəqədər təhsil layihəsini uğurla həyata keçirir. Rüblük layihə hesabatları və qiymətləndirmə testləri bir daha uğurlu nəticələri təsdiq edir! UAFA bu layihənin davamı kimi təhsildən təcrid olunmuş 77% uşaqların təhsilə cəlb edilməsi niyyətindədir, bunun üçün isə müəyyən maliyyə vəsaiti lazımdır.
Təhsil hər bir insanın gələcək sosial rifahını yaxşılaşdıran, dəyişən və zənginləşdirən amildir. Təhsilli insan zəngin mənəviyyata və mədəniyyətə sahib olur.

Bu model bir uşağa 170 manata başa gəlir.


ADA UNİVERSİTETİ - MƏKTƏBƏ QƏDƏR TƏHSİL (2017)

"Dünyanın heç bir yerində Məktəbəqədər Təhsil pilləsi bütövlükdə tək dövlət hesabına maliyyələşdirilmir. Bu mütləq Dövlət, Özəl və Üçüncü sektor vasitəsilə həyata keçirilir!" bunu @UAFA.az -nın rəhbəri xanım Qven Börçel 14 Aprel 2017-ci il tarixində ADA Universitetində "Məktəbəqədər Təhsil" mövzusunda keçirilmiş Dəyirmi Masa toplantısında söyləmişdir.