Bizim Komandamız

UAFA-nın komandası əsasən könüllü kimi fəaliyyətə başlayıb və artıq 15 ildən çoxdur ki, bu təşkilatda çalışırlar. Bu komanda sosial inkişaf üçün çox özəl yerli resursdur və bütün bu illər ərzində çoxsaylı xarici təlimlərdən və mentor proqramlarından yararlanıblar. Komandanın xarici təcrübəni yerli şəraitə uyğunlaşdırmaq sahəsində bacarıqları da işlək sistemlərin inkişaf etdirilməsində böyük rol oynayır.