Ailəyə Dəstək Şəbəkəsi

  1. Azərbaycanda ailə ən dominant qeyri-formal institut hesab olunur.
  2. Ailə uşaqlar, böyüklər və yaşlılardan ibarət olur və buna görə də bir ailə üzvünə yoxsulluq, əlillik, evsizlik və ya işsizlik baş verdikdə bu bütün ailəyə təsir edir.
  3. Buna görə də UAFA tövsiyyə edir ki, sosial dəstək məhz ailələrə yönəldilməlidir və o cəmiyyət və həssas ailələr arasında körpü rolunu oynamaq üçün Ailəyə Dəstək İşçiləri adlı bir sistem yaratmışdır.

UAFA Ailəyə Dəstək İşçilərinə aşağıdakı fəaliyyətləri həyata keçirmək üçün təlimlər keçir:

  • Adətən həftədə bir dəfə olmaqla evlərə mütəmadi səfərlər etmək;
  • Valideynlərə dəstək olmaq, məsləhət vermək və məlumatlandırmaq;
  • Uşağın inkişafını qiymətləndirmək, monitorinq etmək və dəyərləndirmək;
  • Ailəyə müdaxilələrin dəqiq sənədləşdirilməsini həyata keçirmək;
  • Sosial problemlərlə üzləşmiş digər ailələrə də kömək etmək üçün digər xidmət göstərənlərlə əlaqə qurmaq;
  • Müntəzəm şəkildə inkişafı ölçmək.

 

Azərbaycanda sosial problemlərdən (yoxsulluq, savadsızlıq, əlillik, işsizlik, zorakılıq, erkən nigah, evsizlik və s.) əziyyət çəkən çoxlu sayda uşaq və ailələr vardır. Bir çox hallarda bu ailələr susub oturur, yaxud dövlət qurumları və ya özəl şirkətlərə maddi kömək üçün saysız-hesabsız məktublar göndərirlər.  Bu qurumlar nədən başlayacaqlarını və ya bu problemlərin hansını prioritetləşdirəcəklərini bilmirlər. İkincisi də ki onların hər kəsə kömək etmək üçün təcrübəsi, vaxtı və resurları yoxdur.

‘Müəllim beyinlərə xitab edir, həkim bədəni sağaldır, sosial işçi isə həyatları bərpa edir ’.

Ailənin zəngin, yaxud yoxsul olmasının heç bir fərqi yoxdur, həyatda o qədər faciələr olur ki, onlar bir ailəni çox tez bir zamanda dağıda bilərlər.Bu ailələrin təcili köməyə ehtiyacı var və onların çətin həyat şəraitini yüngülləşdirmək üçün onları yetkiləndirəcək bir insanın olması çox önəmlidir. 4500-dən çox ailə ilə (2012-2014) təcrübəsi olan UAFA uşaqların və ailələrin qarşılaşdığı əsas problemləri müəyyənləşdirmişdir. Problemlərin kökündə əsasən yoxsulluq, əlillik və işsizlik dayanır ki, bu da boşanmalar (tək ananın başçılıq etdiyi ailələrin sayının artması), evsizlik, zorakılıq, təhsildən kənar düşmüş uşaqlar, savadsızlıq və cəmiyyətdən təcrdiolunma kimi daha dərin problemlərin yaranmasına gətirib çıxarır.