Erkən Müdaxilə

Erkən müdaxilə 0-6 yaş arası uşaqlar üçün nəzərdə tutulub və əsasən də 0-3 yaş arası uşaqlara xüsusi diqqət yetirilən xidmətlər toplusudur. Erkən müdaxilə körpə uşaqlara və nisbətən böyük uşaqlara əsasən inkişaflarının ilkin illərində formalaşmağa başlayan bacarıqları öyrənmələrinə yardım edir. Bu bacarıqlar aşağıdakılardır:

  • Fiziki (əl uzatmaq, yuvarlanmaq, iməkləmək və gəzmək);.
  • Koqnitiv (düşünmək, öyrənmək, problem həll etmək);
  • Ünsiyyət (danışmaq, dinləmək və anlamaq);
  • Sosial/emosional (oynamaq, özünü təhlükəsiz və xoşbəxt hiss etmək);
  • Özünə kömək (yemək, geyinmək).

UAFA-nın Mövcud Xidmətləri:

Bakı şəhəri:
Joy mərkəzi - 012 510 54 87
Yasamal İcma Əsaslı Reabilitasiya mərkəzi - 012 437 33 21
Xaçmaz rayonu :
Xaçmaz İcma Əsaslı Reabilitasiya mərkəzi - 023 32 5 03 11
Gəncə şəhəri :
Gəncə İcma Əsaslı Reabilitasiya mərkəzi - 055 214 33 36
Biləsuvar rayonu:
Biləsuvar İcma Əsaslı Reabilitasiya mərkəzi - 055 475 17 72
Cəlilabad:
Cəlilabad İcma Əsaslı Reabilitasiya mərkəzi - 050 373 38 34

 

 

Erkən müdaxilə xidmətlərinə nümunəƏgər körpənin, yaxud uşağın yuxarıda qeyd olunan sahələrdən hansısa birində əlilliyi və ya inkişaf ləngiməsi varsa, həmin uşağın erkən müdaxilə xidmətlərinə ehtiyacı var və UAFA 10 seçilmiş rayonda bu xidmətləri inkişaf etdirməyi planlaşdırır.

  • Təsnifat və funksional qiymətləndirmələr
  • Individual konsultasiyalar və qruplarla oyun sessiyaları
  • Təməl nitq və dil dəstəyi
  • Ailə üçün məsləhət və təlimlər
  • Qidalanma ilə bağlı məsləhət
  • Erqoterapiya
  • Fizioterapiya
  • Oyun terapiyası

EARLY INTERVENTION: AUTISM

17 İyun 2017-ci il tarixində United Aid For Azerbaijan (UAFA) teşkilatının əməkdaşları, Uşaq İnkişafı mütəxəssisi, Həkim Ülviyye Mirzeyeva, Uşaq İnkişafı Mütəxəssisi, Erqoterapevt Tami Lenert, İctimaiyyətlə Əlaqələr şöbesinin Meneceri Saleh Nasirov və UAFA Yasamal İƏR Mərkəzindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan Autizm diaqnozlu, cəmiyyətə uğurla inteqrasiya etmiş 6 yaşlı gözəl Mehdi bala anası Leyla xanımla berabər Xezer TV kanalında "Oyan Azərbaycan" verlişinin qonaqları idilər və Erkən Müdaxilə Proqramı haqqında danışdılar, dinləyiciləri melumatlandırdılar ve maarifləndirdilər.
Daha ətraflı burada - uafa.az/0-3
Erkən Müdaxilə proqramı layihəsi neft kəməri boyunca yerləşən 10 (Haciqabul, Kurdəmir, Ucar, Ağdaş, Yevlax, Şəmkir, Goranboy, Samux, Tovuz, Ağstafa) rayonda həyata kecirilir.
Layihənin məqsədi 0-3 yaşlı uşaqlarda əlilliyin erkən müəyyənləşdirilməsi və mövcud inkişaf geriliyinə erkən müdaxilə olunmasidir. Bu məqsədlə layihə çərçivəsində həm pediatrıarin , həm də valideynlərin təlimləndirilməsi, hər bir rayonda erkən müdaxilə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu Layihə Cənub Qafqaz Boru kəmərinin (SCP) Sosial İnvestisiya Proqramının tərkib hissəsidir.
#uafa #bp #scp #earlyintervention #azerbaijan #aztagram #health #children #xezertv #autism #autizm #social #integration

Publié par United Aid For Azerbaijan (UAFA) sur 20 juin 2017

 

UŞAĞIN İNKİŞAFDAN QALMASINA İŞARƏ EDƏ BİLƏCƏK ƏLAMƏTLƏR:

• Yüksək səslərə reaksiya vermirsə
• Hərəkətdə olan əşyalara baxmırsa
• İnsanlara gülümsəmirsə
• Əllərini ağzına aparmırsa
• Uşaq arxası üstə uzanmış vəziyyətdə baş orta xətt üzərində deyilsə
• Qarnıüstə uzanmış vəziyyətdə başını qaldırmağa cəhd etmirsə
• Başını saxlamağa cəhd etmirsə

• Hərəkət edən əşyaları izləmirsə
• İnsanlara gülümsəmirsə
• Başını tam düzgün saxlaya bilmirsə
• Səslər cıxarmırsa və ya qığıldamırsa
• Əlinə verilən əşyaları ağzına aparmırsa
• Pəncələr sərt səth üzərində olduğu zaman ayaqlarına dirənmirsə
• Bir və ya hər iki gözünü bütün istiqamətlərdə hərəkət etdirməkdə çətinlik çəkirsə

• Əli catan məsafədə olan oyuncağı götürmək üçün əlini uzatmırsa
• Ətrafdakı ona qayğı göstərən insanlara reaksiya vermirsə
• Ətrafdakı səslərə reaksiya vermirsə
• Əşyaları ağzına aparmaqda çətinlik çəkirsə
• Körpə səsləri çıxarmırsa ( ah,eh, oh)
• Bütün tərəflərə doğru yuvarlana bilmirsə
• Səslə gülmürsə
• Çox gərgin, dartılmış əzələləri varsa
• Çox yumşaq , boş , tonussuz əzələlərə malikdirsə

• Pəncələrini yerə qoyub , bədən ağırlığını ayaqlarının üzərinə sala bilmirsə
• Oturmursa
• Qığıldamırsa ( mama, baba, dada)
• “Cit-do” kimi oyunlar oynamırsa
• Öz adına reaksiya vermirsə
• Yaxın insanları tanımırsa
• İşarə ilə göstərilən yerə baxmırsa
• Oyuncaqları bir əlindən digər əlinə keçirmirsə

• İməkləmirsə
• Ayaqüstə durmursa
• Gizlədilmış əşyanı tapmağa cəhd etmirsə
• “Mama”, “ata” kimi tək-tək sözlər demirsə
• Baş yırğalama, əl çalma kimi hərəkətləri təkrar etmirsə
• Əşyaları barmaqla göstərmirsə
• Əvvəllər olan bacarıqlarını itirirsə

• Basqalarına əşyaları işarə ilə göstərmirsə
• Gəzə bilmirsə
• Tanış olan əşyaların funksional təyinatını bilmirsə
• Başqalarını təqlid etmisə
• Söz ehtiyyatı artmırsa
• Söz ehtiyyatı 6 sözdən çox deyilsə
• Qulluq edən şəxs və ya anası otağı tərk etdikdə bunu hiss etmir və ya fikir vermirsə
• Əvvəllər olan hansısa bacarığını indi itirmişdirsə

• 2 sözlü cümlələrdən istifadə etmirsə
• Bəzi əşyaların nə üçün istifadə edildiyini bilmirsə, məs: diş fırçası, telefon, çəngəl və s
• Fəaliyyət və sözləri təqlid edə bilmirsə
• Sadə göstərişləri yerinə yetirə bilmirsə
• Normal yeriyə bilmirsə
• Əvvəllər olan hansısa bacarığını indi itirmişdirsə

• Tez-tez yıxılır və ya pilləkan çıxmaqda çətinlik çəkirsə
• Nitqi çətin anlaşılırsa
• Sadə oyuncaqları istifadə edə bilmirsə
• Cümlələrlə danışmırsa
• Sadə göstərişləri başa düşmürsə
• Əvvəllər olan hansısa bacarığını indi itirmişdirsə

• Yerində hoppana bilmirsə
• Cızma qara etməkdə çətinlik çəkirsə
• İnteraktiv oyunlara maraq göstərmirsə
• Digər uşaqlara maraq göstərmirsə və ya ailədən olmayan insanlara reaksiya göstərmirsə
• Ona tez-tez danışılan və sevdiyi nağılı təkrar danışa bilmirsə
• 3 hissəli göstərişləri yerinə yetirə bilmirsə
• Eynilik və müxtəliflik anlayışı yoxdursa
• “Mən” və “sən” sözlərini düzgün istifadə edə bilmirsə
• Aydın danışmırsa
• Əvvəllər olan hansısa bacarığını indi itirmişdirsə

• Zəngin emosiyalar nümayış etdirə bilmirsə
• Qeyri-adi davranışlar nümayiş etdirirsə (aqressivlik, utancaqlıq, səbəbsiz kədər)
• Aktiv deyilsə
• Bir fəaliyyətdə 5 dəqiqədən artıq fokuslaşmaqda problemi varsa, asanlıqla diqqəti yayınırsa
• İnsanlara əlaqəyə girmir və ya səthi əlaqəyə girirsə
• Nəyin real ç nəyin təxəyyül olduğunu fərqləndirə bilmirsə
• Oyunlar və fəaliyyətlərində müxtəliflik yoxdursa
• Ad, soyadını deyə bilmirsə
• Sözləri cəmdə və keçmiş zamanda düzgün istifadə edə bilmirsə
• Gündəlik fəaliyyətlər və baş vermiş hadisələr barədə danışa bilmirsə
• Şəkil çəkə bilmirsə
• Dişlərini fırçalaya, əllərini yuya və qurulaya, paltarlarını dəstəksiz soyuna bilmirsə
• Əvvəllər olan hansısa bacarığını indi itirmişdirsə

ERKƏN MÜDAXİLƏ

10 İyun 2017-ci il tarixinde United Aid For Azerbaijan (UAFA) teşkilatının əməkdaşları, Uşaq İnkişafı mütəxəsissləri Zuleyxa Nəcəfova, İradə Musayeva, İctimai Əlaqələr Meneceri Saleh Nasirov və JOY İnkişaf Merkezindən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan USİ (Uşaq Serebral İflic) diaqnozlu, cəmiyyətə uğurla inteqrasiya etmiş, inklyüziv təhsilə celb olunmuş 8 yaşlı gözəl balalar Eyvaz ve Sadiq anaları ilə berabər Xezer TV kanalında "Oyan Azərbaycan" ve "2x2" verlişlərinin qonaqları idilər və Erkən Müdaxilə Proqramından danışdılar, dinləyiciləri melumatlandırdılar ve maarifləndirdilər.
Daha ətraflı burada - uafa.az/0-3
Erkən Müdaxilə proqramı layihəsi neft kəməri boyunca yerləşən 10 (Haciqabul, Kurdəmir, Ucar, Ağdaş, Yevlax, Şəmkir, Goranboy, Samux, Tovuz, Ağstafa) rayonda həyata kecirilir.
Layihənin məqsədi 0-3 yaşlı uşaqlarda əlilliyin erkən müəyyənləşdirilməsi və mövcud inkişaf geriliyinə erkən müdaxilə olunmasidir. Bu məqsədlə layihə çərçivəsində həm pediatrıarin , həm də valideynlərin təlimləndirilməsi, hər bir rayonda erkən müdaxilə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu Layihə Cənub Qafqaz Boru kəmərinin (SCP) Sosial İnvestisiya Proqramının tərkib hissəsidir.
#uafa #bp #scp #earlyintervention #azerbaijan #aztagram #health #children #xezertv

Publié par United Aid For Azerbaijan (UAFA) sur 13 juin 2017

NƏ EDƏ BİLƏRSİNİZ:

  • Bir valideyn kimi siz uşağınıza hamıdan yaxşı bələdsiniz. Əgər uşağınız öz yaşına uyğun inkişaf etmirsə və ya uşağınızın oynamasında, nitqində, hərəkətlərində hər hansı bir problem müşahidə edirsinizsə,  uşaq həkiminə və ya tibb bacısına müraciət edin. Öz müşahidələrinizi onlarla bölüşün . Gözləyərək vaxt itirməyin!
  • Həkimə getməmişdən öncə öz müşahidələrinizi və suallarınızı yazın. Qəbul zamanı bütün bunları həkimlə bölüşün.  Həkimdən uşağınızın inkişafını daha dəqiq qiymətləndirmək üçün sizi skrininq testlərə yönləndirməsini rica edin. Həkimin sizə verdiyi məsləhətləri yazın.Onun dediklərini başa düşdüyünüzə  əmin olun.
  • Yaşadığınız ərazidə müraciət edə biləcəyiniz  hansı   xidmətlərin  və ya mütəxəssislərin olması barədə məlumat  toplayın
  • Yaşadığınız ərazidə olan Uşaq İnkişafı mərkəzlərinə, İcma əsaslı Reabilitasiya mərkəzlərinə uşağınızın inkişaf geriliyi olub olmamasının müəyyənləşdirilməsi üçün müraciət edin

Sosial/ Emosional
• İnsanlara gülümsəyir
• Öz özünü sakitləşdirə bilir: əllərini ağzına gətirməklə və barmağını əmməklə
• Anasına baxmağa çalışır

Nitq/ Ünsiyyət
• Səslər cıxarır
• Başını səsə doğru çevirir

Qavrama
• Sifətlərə diqqət yetirir
• Gözləri ilə əşyanı izləməyə başlayır və müəyyən məsafədən insanları müəyyənləşdirir
• Darıxanda qışqırmağa , ağlamağa başlayır

Hərəkət/ fiziki inkişaf
• Başını saxlayır
• Ayaq və əllərini aktiv hərəkət etdirir


Sosial /Emosional
• İnsanların üzünə gülümsəyir
• İnsanlarla oynayır, oyunu dayandırdıqda ağlayır
• Gülümsəmək kimi sadə üz mimikalarını və hərəkətləri təqlid edir

Nitq/ Ünsiyyət
• Qığıldamağa başlayır
• Eşitdiyi səsləri təkrar edir
• Ağrı, yorğunluq və s hissləri müxtəlif səslərlə ifadə edir

Qavrama
• Razı və ya narazı olduğunu sizə bildirir
• Ona göstərilən sevgiyə cavab verir
• Bir əllə oyuncağı götürür
• Əllərini və gözlərini birlikdə istifadə edir: oyuncağa baxır və onu götürür
• Bir tərəfdən digər tərəfə hərəkət edən əşyaları gözləri ilə izləyir
• Sifətlərə yaxından baxır
• Tanış insanları taniyir və müəyyən məsafədə olan əşyalara baxır

Hərəkət/ fiziki inkişaf
• Başını saxlayır
• Ayaq pəncələri sərt səthin üzərində olduqda ayaqlarını yerə basır
• Qarnıüstə vəziyyətdən arxasıüstə yuvarlanır
• Oyuncağı əlində saxlayaraq silkələyir
• Əllərini ağzına aparır
• Qarnıüstə uzanmış vəziyyətdə dirsəklərinə dayanır


Sosial/ Emosional
• Tanış və yad üzləri ayırd edir
• Başqaları ilə xüsusilə valideynləri ilə oynayır
• Başqa insanların emosiyalarına cavab verir, çox vaxt sevincli olur
• Güzgüdə özünə baxmağı xoşlayır

Nitq/ Ünsiyyət
• Səslərə səs çıxarmaqla cavab verir
• Qığıldayır
• Öz adına reaksiya verir
• Razı və ya narazı olduğunu bildirmək üçün səslər çıxarır
• Samit səsləri söyləməyə başlayır: “m”, “b”

Qavrama
• Ətrafında olan əşyalara baxır
• Əşyaları ağzına aparır
• Əli çatan məsafədə olan əşyaları götürməyə cəhd edir
• Əşyaları bir əlindən o biri əlinə ötürməyə cəhd edir

Hərəkət/ Fiziki inkişaf
• Hər iki istiqamətə yuvarlanır
• Dəstəksiz oturmağa cəhd edir
• Ayaqüstə qoyduqda bədən ağırlığını ayaqlarının üzərinə salaraq bədənini yırğalayır
• Arxa arxaya və ya önə sürünür


Sosial /Emosional

  • Tanış olmayan insanlardan qorxur
    • Sevimli oyuncaqları var
    Nitq/ ünsiyyət
    • “Yox” sözünü anlayır
    • Müxtəlif səslər çıxarır “mamamama”, “baabaaaba”
    • Başqalarının jestlərini və səslərini təkrarlayır
    • Barmaqla göstərir

Qavrama
• Yerə düşən əşyanı gözlə izləyir
• O gördüyü halda sizin gizlətdiyiniz əşyanı axtarır
• “Cit do” oynayır
• Əşyaları ağzına aparır
• Əşyaları ehtiyatla bir əlindən o biri əlinə ötürür
• Baş və göstərici barmaqla kiçik əşyaları: noxudu, lobyanı götürür
Hərəkət/ Fiziki inkişaf
• Dəstəkdən tutaraq ayaqüstə dayanır
• Oturaq vəziyyətə keçir
• Ayaqüstə qalxmağa cəhd edir
• İməkləyir


Sosial/Emosional
• Tanış olmayan insanlardan utanır və ya onlara hirslənir
• Ana və ya ata onun yanından getdikdə ağlayır
• Sevimli əşyaları və ya oyuncaqları var
• Bəzi situasiyalarda qorxu nümayiş etdirir
• Nağıla qulaq asmaq istəyəndə kitabı sizə gətirir
• Diqqəti cəlb etmək üçün səsləri və ya fəaliyyətləri təkrarlayır
• Geyindirən zaman əllərini və qollarını hərəkət etdirir
• “Cit- do” kimi oyunlar oynayır

Nitq/ ünsiyyət
• Deyilən sadə xahişlərə reaksiya verir
• Sadə jestlərdən istifadə edir. Məs: başını yelləməklə “yox” deyilirsə, və ya əllərini yelləməklə“sag ol –sag ol” deyilirsə
• Səs tonunu dəyişməklə səslər çıxarır
• “mama”, “ dada” “uh-oh” kimi frazalar istifadə edir
• Sizin dediyiniz sözləri təkrar etməyə çalışır

Qavrama
• Əşyaları müxtəlif yollarla tədqiq etməyə çalışır: silkələməklə, atmaqla, döyəcləməklə
• Gizlədilmiş əşyanı asanlıqla tapır
• Adlandırılan şəkli düzgün göstərir
• Jestləri təkrarlayır
• Əşyalardan düzgün istifadə etməyə başlayır: fincandan içir, darağı saç daramaq üçün istifadə edir
• Iki əşyanı bir birinə vurur
• Əşyaları qutuya qoyur və qutudan çıxarır
• Göstərici barmaqla göstərir
• “Topu tut” kimi sadə göstərişləri yerinə yetirir

Hərəkət/ Fiziki inkişaf
• Dəstəksiz oturaq vəziyyətə keçir
• Ayaqüstə özü qalxır, tutaraq yan yana gəzir
• Dəstəksiz bir neçə addım atır
• Dəstəksiz ayaqüstə durur


Sosial/ Emosional
• Tanış insanlara xoş münasibət göstərir
• Tanış olmayan insanlardan qorxur
• Sadə yamsılama hərəkətləri edir , məs: gəlinciyi yedizdirmək
• Tanış olmayan situasiyalarda qayğı göstərən şəxsdən dəstək istəyir
• Maraqlı olan əşyaları böyüklərə göstərməyə çalışır
• Böyük onun yaxınlığında olduğu halda sərbəst oynayır

Nitq/ Ünsiyyət
• Tək-tək , sadə sözləri istifadə edir
• “Yox” deyir və başını silkələməklə də bunu bildirir
• Istədiyi şeyi başqasına göstərir

Qavrama
• Bəzi əşyaların nədən ötrü istifadə edildiyini bilir . Məs: telefon, fırça, qaşıq
• Başqalarının diqqətini cəlb etməyə çalışır
• Gəlinciklərə və oyuncaq heyvanlara maraq göstərir. Məs: onları yedirtməklə
• 1 bədən hissəsini göstərir
• Cızma qara edir
• Hec bir jestlə göstərilməyən 1 mərhələli göstərişləri yerinə yetirir. Məs: “otur” deyəndə oturur

Hərəkət/ fiziki inkişaf
• Sərbəst yeriyir
• Pilləkanla yuxarı qalxır
• Qaça bilir
• Oyuncaqları əlində daşıyaraq yeriyə bilir
• Onu soyunduran zaman özü də soyunmağa cəhd edir
• Fincandan içir
• Qaşıqla yeyir


Sosial /Emosional

  • Böyükləri və özündən böyük uşaqları təqlid edir
    • Başqa uşaqlarla birlikdə olmaq onda çaşqınlıq yaradır
    • Gunbəgün daha çox müstəqillik göstərir
    • Dikbaşlıq və tərslik edir ( “Etmə” dediyin hərəkəti edir)
    • Əsasən digər uşaqlardan ayrı oynayır

Nitq/Ünsiyyət
• Adlandırılan şəkli və ya əşyanı göstərir
• Tanış insanların və bədən hissələrinin adlarını bilir
• 2 -4 sözdən ibarət cümlə qurur
• Sadə göstərişlərə riayət edir
• Kitabda əşyalara işarə edərək göstərir

Qavrama
• Soruşduqda əşyanı və ya şəkli göstərir
• Formaları və rəngləri qruplaşdırır
• Tanış kitablardan/ nağıllardan olan cümlələri tamamlayır
• Sadə təsəvvüredici oyun oynayır
• 4 və daha artıq kubikdən ibarət qüllə qurur
• 1 əlindən digərinə nisbətən daha çox istifadə etməyə başlayır
• 2 hissəli göstərişləri yerinə yetirir, məs: ayaqqabını götür və şkafa qoy
• Şəkilli kitabda şəkilləri adlandırır

Hərəkət/ fiziki inkişaf
• Barmaqları ucunda dayanır
• Topu təpiklə vurur
• Qaça bilir
• Dəstəksiz divana dırmaşır və divandan düşür
• Topu başının üzərindən yuxarıya atır
• Düz xətt və dairə çəkir


Sosial /Emosional

  • Boyüklərin və başqa uşaqların etdiklərini təkrarlayır
    • Ondan istənilmədikdə belə yoldaşlarına qayğı və sevgi nümayiş etdirir.
    • Oyun zamanı növbə gözləyir
    • Ağlayan yoldaşına yardım göstərir
    • “Mənimki”, “səninki” kimi anlayışları başa düşür
    • Müxtəlif emosiyaları nümayış etdirə bilir.
    • Gündəlik rutində mühüm dəyişikliklərin olması çaşqınlığa səbəb olur
    • Geyinir və soyunur

Nitq / Ünsiyyət
• 2 və 3 mərhələdən ibarət göstərişləri yerinə yetirir
• Ona çox tanış olan əşyaları adlandıra bilir
• “İçində”, “üstündə”, “altında” sözlərinin mənalarını anlayır
• Adını, soyadını və cinsini söyləyir
• Dostlarının adını soyləyir
• Mən , sən, biz, məni kimi əvəzliklərdən düzgün istifadə edir və bəzi sözləri cəmdə istifadə edir(məs: it lər, maşınlar və s)
• Əksər hallarda tanış olamayan insanların başa düşəcəyi şəkildə aydın danışır
• 2 və ya 3 cumləni dalbadal istifadə etməklə dialoqa girə bilir

Qavrama
• Düymələri çıxarıla bilən hissələri olan oyuncaqlarla oynaya bilir
• Gəlincik, oyuncaq heyvanlarla və insanlarla təsəvvüredici oyunlar oynayır
• 3-4 hissədən ibarət pazlı yığır
• “2” sayının nəyi ifadə etdiyni anlayır
• Təqlid edərək dairə çəkir
• 6 və daha çox kubikdən qüllə qurur
• Qapının dəstəyini çevirə bilir

Hərəkət/ fiziki inkişaf
• Yaxşı dirmaşır
• Asanıqla qaça bilir
• 3 təkərli velosipedin pedallarını fırlayır
• Hər ayağını bir pilləyə qoymaqla pilləkəni qalxır və düşür


Sosial / emosional

  • Yeni fəaliyyətlər etməkdən həzz alır
    • Ana və ata rolunu oynayır
    • Təsəvvüredici oyunlarda çox kreativdir
    • Daha çox digər uşaqlarla oynayır, nəinki öz-özünə
    • Əksərən nəyin real və nəyin qeyri-real olduğunu söyləyə bilmir
    • Xoşuna gələn və ona maraqlı olan hadisələr/ əşyalar barədə danışır
    Nitq/ Ünsiyyət
    • Qrammatikanın əsas qaydalarına tabe olaraq danışır məs: “o”, “sən”, “biz” kimi sözləri yerində istifadə edir
    • Yadında qalan mahnıları oxuyur
    • Nağıl danışır
    • Ad və soyadını deyə bilir

Qavrama
• Bəzi rəngləri və rəqəmləri adlandırır
• Sayır və sayma anlayışı var
• Vaxt anlayışı var
• Hekayənin ardicillığını yadında saxlayır
• Eynilik və müxtəliflik konsepsiyasını anlayır
• 2 və ya 4 bədən hissəsindən ibarət insan şəkli çəkir
• Qayçıdan istifadə edir
• Bəzi böyük hərfləri təqlid edərək yazır
• Kart oyunları oynayır
• Kitabda/oxunan nağılda daha sonra nə baş verəcəyi barədə fikirlərini söyləyir

Hərəkət/ fiziki bacarıqlar
• Hoppanır
• Bir ayağı üzərində 2 saniyə dayanır
• Ona atılan topu əksər hallarda tutur


Sosial /Emosional

  • Dostlarının xoşuna gəlmək istəyir
    • Dostlarını məmnun etmək istəyir
    • Qaydalara tabe olur
    • Mahni oxumaq, rəqs etməyi xoşlayır
    • Cinslər ( kişi, qadın) barədə məlumatlıdır
    • Real və ya təxəyyülün məhsulu olduğunu bilir
    • Daha müstəqildir( ancaq hələ də böyüklərin dəstəyinə ehtiyacı var)

Nitq bacarıqları
• Aydın danışır
• Bütöv cümlələrdən istifadə edərək nağıl danışır
• Gələcək zamandan istifadə edərək danışır
• Adını və ünvanını söyləyir

Qavrama
• 10 və daha çox əşyanı saya bilir
• 6 bədən hissəsindən ibarət insan şəkli çəkə bilir
• Bəzi hərfləri və rəqəmləri yaza bilir
• Üçbucaq və ya başqa geometric fiqurları təkrarlayaraq çəkə bilir
• Gündəlik istifadə edilən əşyalar məs: pul və ya ərzaqlar barədə məlumatları bilir

Hərəkət/ fiziki bacarıqlar
• Bir ayağı üzərində 10 saniyə və daha artıq dayana bilir
• Hoppanır
• Mayallaq aşa bilir
• Çəngəl və qaşıqdan istifadə edir, bəzən bıçaqdan da
• Özü ayaqyolundan istifadə edə bilir
• Sürüşə və dırmaşa bilir

EVDƏ NƏ EDƏ BİLƏRSİNİZ?

  • Uşağınızı günərzində müşahidə edin
  • Ev işləri ilə məşğul olduğunuz zaman belə uşağınızın yanınızda olmasına və onunla ünsiyyətdə olmağa çalışın
  • Uşağınızın düzgün inkişaf etməsi üçün düzgün oyuncaqlar və oyunlar seçməyə çalışın. Secdiyiniz oyuncaqlar uşağınızın o
    yun inkişaf səviyyəsinə uyğun olmalıdır!
  • Uşağınızda müşahidə etdiyiniz  və ətrafdakılara  əhəmiyyətsiz gələ biləcək  ən  cüzi əlaməti  belə mütəxəssislə müzakirə edin.
  • Uşağınızın öz yaşıdları ilə ünsiyyətdə olması üçün şərait yaradın

UAFA-nın Mövcud Xidmətləri:

Bakı şəhəri:
Joy mərkəzi - 012 510 54 87
Yasamal İcma Əsaslı Reabilitasiya mərkəzi - 012 437 33 21
Xaçmaz rayonu :
Xaçmaz İcma Əsaslı Reabilitasiya mərkəzi - 023 32 5 03 11
Gəncə şəhəri :
Gəncə İcma Əsaslı Reabilitasiya mərkəzi - 055 214 33 36
Biləsuvar rayonu:
Biləsuvar İcma Əsaslı Reabilitasiya mərkəzi - 055 475 17 72
Cəlilabad:
Cəlilabad İcma Əsaslı Reabilitasiya mərkəzi - 050 373 38 34

 

 

UŞAQ SEREBRAL İFLİCİ:

 

SEREBRAL İFLİC NƏDİR?

UŞAQ SEREBRAL İFLİCİ, onun tibbi cərrahi müdaxilə və REABİLİTASİYASI haqqında maarifləndirici bir video. Əziz Valideynlər və KİV numayəndələri bu məlumatı dinləyin və paylaşın qoy hər kəs bilsin. Təşəkkürlər! www.uafa.az Çoxu qulaqlarını çəkib "iraq olsun", "Allah gösətərməsin" deyib yan keçirlər. Daha anlamırlar ki, bu hər kəsin başına gələ bilər. Gəlin Serebral İflicin yaranma səbəblərinə baxaq: - Hamiləlik dövründə ananın müxtəlif infeksiyalara yoluxması; hepatit, toksoplazmoz, herpes, məxmərək, viruslu qrip və sair, rezus konflikt, şəkərli diabet, zərərli vərdişlər; spirtli içkilər, narkotik, siqaret, travmalar, streslər və sair, - Doğuş zamanı ağır və uzun çəkən doğuşlar, vaxtından öncə doğuşlar, müdaxilələr; vakuum ekstraksiya, maşalardan istifadə, dar çanaq və sair, - Doğuşdan sonrakı dövrdə uşağın ağır infeksiyalar keçirməsi; meninqit, ensefalit, bağırsaq infeksiyaları nəticəsində dehidratasiya, yüksək qızdırma, travmalar, boğulmalar (suda, qazdan) və sair, uşağın beynində hərəkəti tənzimləyən sahələrin zədələnməsi nəticəsində SEREBRAL İFLİC baş verir. Qulaq çəkməkdənsə Xanımlar HAMİLƏLƏK DÖVRÜNDƏ həkim nəzarəti altında olmalı və müayinələrədən keçməlidirlər, maarifənməlidirlər. Buyurun baxın, maariflənin və paylaşaraq maarifləndirin! Uğurlar!

Publié par United Aid For Azerbaijan (UAFA) sur 28 mars 2017

ERKƏN MÜDAXİLƏ PROQRAMI

“0-3 yaşlı uşaqlar üçün Erkən Müdaxilə” layihəsi. Daha ətraflı burada - http://uafa.az/0-3

Layihe 2016-ci ilin İyun ayında başlayıb və Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca yerləşən 10 (Haciqabul, Kurdəmir, Ucar, Ağdaş, Yevlax, Şəmkir, Goranboy, Samux, Tovuz, Ağstafa) rayonda həyata kecirilir.

Layihənin məqsədi 0-3 yaşlı uşaqlarda əlilliyin erkən müəyyənləşdirilməsi və mövcud inkişaf geriliyinə erkən müdaxilə olunmasidir. Bu məqsədlə layihə çərçivəsində həm pediatrıarin , həm də valideynlərin təlimləndirilməsi, hər bir rayonda erkən müdaxilə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu Layihə Cənub Qafqaz Boru kəmərinin (SCP) Sosial İnvestisiya Proqramının tərkib hissəsidir.

 

UAFA KÜRDƏMİR ERKƏN MÜDAXİLƏ MƏRKƏZI 

Hajigabul Early Intervention Centre

Hacıqabul. Erken Müdaxile
uafa.az/0-3

Publié par Saleh Nasirov sur 10 juillet 2017

UAFA HACIQABUL ERKƏN MÜDAXİLƏ MƏRKƏZI

 

 

8 iyun 2017-ci il tarixində United Aid For Azerbaijan (UAFA) teşkilatının əməkdaşları, Uşaq İnkişafı mütəxəsissləri Zuleyxa Nəcəfova, İradə Musayeva və ictimai əlaqələr meneceri Saleh Nasirov 103FM Xəzər Radiosunda Erkən Müdaxilə Proqramından danışdılar və dinləyiciləri maarifləndirdilər.
Daha ətraflı burada - uafa.az/0-3
Erkən Müdaxilə proqramı layihəsi neft kəməri boyunca yerləşən 10 (Haciqabul, Kurdəmir, Ucar, Ağdaş, Yevlax, Şəmkir, Goranboy, Samux, Tovuz, Ağstafa) rayonda həyata kecirilir.
Layihənin məqsədi 0-3 yaşlı uşaqlarda əlilliyin erkən müəyyənləşdirilməsi və mövcud inkişaf geriliyinə erkən müdaxilə olunmasidir. Bu məqsədlə layihə çərçivəsində həm pediatrıarin , həm də valideynlərin təlimləndirilməsi, hər bir rayonda erkən müdaxilə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu Layihə Cənub Qafqaz Boru kəmərinin (SCP) Sosial İnvestisiya Proqramının tərkib hissəsidir.

#uafa #bp #scp #earlyintervention #azerbaijan #aztagram #health #children

Publié par United Aid For Azerbaijan (UAFA) sur 10 juin 2017